Qarabağda ermənilərin EVCİK-EVCİK OYUNU... DAVAM EDİR

Qarabağda ermənilərin EVCİK-EVCİK OYUNU... DAVAM EDİR 32-ci ildir ki, Azərbaycan Respublikası ərazisində Kremlin himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejimin qondarma "dövlət naziri", "mülki müdafiə qərargahının" rəhbəri Qurgen Nersisyan dünən Xankəndində bütün "mülki müdafiə" xidmətlərinin və qanunsuz "regional administrasiya" rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Moderator.az xəbər verir ki, bu barədə rejim "höküməti"nin mətbuat xidmətinə istinadla separatçı erməni mediası məlumat yayıb.

Müşavirədə Qurgen bəyan edib ki, "bütün hallarda əhalinin təhlükəsizliyini lazımi qaydada təmin etmək üçün mülki müdafiə planında nəzərdə tutulmuş qısamüddətli və uzunmüddətli tədbirləri dəqiqləşdirmək lazımdır".

"İclasda müdafiə sığınacaqlarının vəziyyəti, mülki müdafiə planında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilib"- xəbərdə belə deyilir.

Xatırladaq ki, keçmiş qanunsuz “baş prokuror” Qurgen Nersisyan Putinin milyarder “desantı” sayılan erməni milyarder Ruben Vardanyanın. 23 fevral 2023-cü ildə "dövlət naziri" "vəzifə”sindən azad edildikdən sonra həmin posta təyin olunub. Onun Ermənistan baş naziri N.Paşinyanın xətti ilə Soros dairələri ilə bağlı olması haqda informasiyalar var...

Oxşar xəbərlər