Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Qarabağ ermənilərinə humanitar yük göndərildi. Sizcə, bundan sonra Fransa və Azərbaycana qarşı olanlar üçün “bəhanə” yeri qalacaqmı? Sizcə, bu addımımız beynəlxalq arenada, xüsusən də BMT Təhlükəsizlik Şurasının mümkün müzakirələrində əlimizi nə qədər gücləndirəcək?
- Bu, vacib addımdır. Fransa və Ermənistan sərhədimizdə TIR şousuna başlayandan və bundan əvvəl Qarabağda yaşayan ermənilər üçün gündəlik tələbat mallarının çatdırılması üçün Ağdam-Xankəndi yolunu təklif etmişdi. Bu təklif həm Rusiya, həm də Avropa Birliyinin rəhbəri tərəfindən dəstəklənmişdi. Əgər bölgədə həqiqətən humanitar məsələlərlə bağlı problem vardısa, onda Azərbaycanın bu təklifi qəbul edilməliydi, amma bunun əksini gördük. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə bir çox ölkə Azərbaycanın bu təklifini müsbət dəyərləndirdi.
Bəs Azərbaycanın bu addımından sonra Fransa və Ermənistan üçün “bəhanə”yə yer qalırmı? Qalır. Çünki onlar sülh prosesinin irəliləməsində maraqlı deyillər. Xüsusilə də Fransa və onunla eyni mövqeni bölüşən bir neçə dövlət. İndi “başqa bir bəhanə” uydurmağa çalışacaqlar.
Əsas maraq ondan ibarətdir ki, Fransa bölgədə yerləşərək özünün neoimperialist siyasətini həyata keçirmək istəyir. Fransa hesab edir ki, müasir dünyada “qlobal güclərdən biri”dir və onun Güney Qafqazda nüfuz dairəsi yaratmaq imkanı var. Bölgəyə də Ermənistan üzərindən girməyə çalışır. Fransa bu səbəbdən müxtəlif variantlarla Azərbaycana təzyiq etməyə çalışır. “Humanitar böhran” şousu da buna hesablanıb. Fransa bundan istifadə edərək, Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizminin formalaşmasına cəhd göstərir.
Hesab edirəm ki, həm Qarabağ erməniləri içərisində, həm də Ermənistanda Azərbaycanın bu addımını rasional dəyərləndirən insanlar var. Xankəndidə keçirilən son toplantı və bundan sonra verilən mesajlar da buna işarə edir. Separatçıların rəhbəri bildirdi ki, yaxın bir neçə günə “çörək məsələsi” həll olunacaq. Amma biz gözəl bilirik ki, orada ərzaq problemi yoxdur. Özləri də etiraf etdilər ki, 6-7 aylıq ərzaq ehtiyatı toplayıblar, bunun üzərindən də “mübarizə” aparırlar. Sadəcə “ərzaq qıtlığı”, “aclıq” və “humanitar böhran” kimi uydurma tezislər Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olmağa yönəlib. Bununla da Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına əngəl olmağa çalışırlar.
Hesab edirəm ki, qarabağlı ermənilər içindəki bir çox insanlar Bakının bu addımının vacibliyini dərk edirlər. İndi Azərbaycanın göndərdiyi humanitar yükün ünvanına çatdırılmasına əngəllər yaradılsa, bu məsələni həm Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin toplantısına, həm də BMT Təhlükəsizlik Şurasına çıxarılması cəhdləri uğursuz olacaq, bu səylər iflasa uğrayacaq.
Fransanın bundan sonra özünü yığışdıracağını düşünmürəm. Çünki Fransa bölgədəki maraqlarını həyata keçirmək üçün aşkar formada Azərbaycana düşmən münasibət sərgiləyir, Makron kimi başıboş biri bu ölkənin başında duranadək bu siyasəti davam edəcək. Makron Fransanı nüfuzdan saldı. Onun dövründə Fransanın ənənəvi tərəfdaşları ilə münasibətləri pozuldu. Makronun bu diletant siyasəti Fransanı sürətlə ikinci dərəcəli dövlətə çevirəcək. Fransanın öz imkanlarından böyük olan neoimperial iştahı onun özü üçün ciddi nəticələrə gətirib çıxaracaq.
- Son zamanlarda qəribə ölkələr Qarabağdan danışmağa, “ermənilərin vəkilləri rolu”ndan çıxış etməyə başlayıb. Bu çərçivədə Belçikanın, Kanadanın, cırtdan Lüksemburqun adını çəkə bilərik. Hətta Fransa və Çin xarici işlər nazirləri son telefon danışığında da bu mövzudan söz açdılar. Yəni az qala dünyada hər kəs bundan danışır. Qarabağa diqqət niyə bu qədər niyə artdı?
- Çin xaricində qeyd etdiyiniz ölkələrin Fransa ilə ənənəvi, yaxın münasibətləri var. Belçika əhalisinin önəmli hissəsi fransızdillidir. Belçika müstəqilliyinə qədər Fransanın tərkibində olub. Lüksemburq da Fransanın daxilində yerləşən ölkədir və onun təsiri altındadır. Kandada böyük fransız diasporu var.
Eyni zamanda, Kanada əhalisinin sayca ikinci ən böyük hissəsi fransızlardan ibarətdir. Kanadanın hazırkı xarici işlər naziri (Melani Coli) milliyətcə fransızdır. Bu baxımdan, həm Belçika (Hadca Lahbib), həm də Kanada xarici işlər nazirlərinin separatizmə dəstək vermələri təəccüb doğurmur. Yəni bu, sırf Fransa ilə bağlı məsələdir.
Hazırda Azərbaycana qarşı cəbhə açan ölkələrin başında Fransa dayanır. Fransa 44 günlük savaşa qədər Ermənistanı dəstəkləsə də, bunu bir yolla pərdələməyə çalışırdı. Müharibədən sonra isə açıq şəkildə Ermənistanın müdafiəçisinə çevrildi, Azərbaycana qarşı cəbhə açdı. Fransa bütün imkanlarından istifadə edərək bu ölkələri ətrafına yığmağa və Azərbaycana təzyiq etməyə çalışır.
Fransa özünü Avropa Birliyinin “aparıcı ölkə”si kimi gördüyünə görə hesab edir ki, Avropa və Asiyanın sərhədində yerləşən Güney Qafqaza müdaxilə imkanları var, bunun üçün də qlobal güclərlə münasibətlərindən istifadə etməyə çalışır. Çin xarici işlər naziri ilə müzakirə də bu qəbildəndir.
Əlbəttə, Çinin bölgədə maraqları var. Çin Zəngəzur dəhlizinin işə düşməsində maraqlıdır. Çin Zəngəzur dəhlizini özünün “Bir Kəmər, Bir Yol” projesinə uyğun kommunikasiya xətti kimi qəbul edir. Çin nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının son toplantısındakı çıxışını da bu kontekstdə dəyərləndirmək lazımdır. Demək olar ki, Çin məsələyə neytral mövqedən münasibət bildirir.
- Sizcə, Qarabağ məsələsi ətrafında Azərbaycana qarşı nə kimi bədnam planlar nəzərdə tutula bilər? Haqlı mövqedən çıxış edən Bakının humanitar tələb və şərtlərinin bir sıra dairələrdə qəbul görməməsi də bu ehtimalı gücləndirir. Məsələn, bu kontekstdə “Kosovo modeli”ndən danışanlar var.
- Hesab etmirəm ki, bu modelin burada tətbiqi mümkündür. Amma buna çalışan dövlətlər var. Xüsusən də Fransa bu prosesin önündədir. Ermənistandan sərhədə göndərilmiş TIR-lara əlavə olaraq, Fransadan yük maşınlarının bölgəyə göndərilməsi qərarı da Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizminin formalaşdırılmasına nail olmaq məqsədi daşıyır.
Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hansısa qətnamənin qəbuluna çalışır. Bu qətnamə ilə beynəlxalq güclərin bölgəyə daxil olmasını hədəfləyir. Rusiya sülhməramlıların BMT sülhməramlıları ilə əvəzlənməsini istəyir ki, burada əsas rolu özü alsın. Bu, olduqca aşağı ehtimal edilən bir məsələdir. Çünki Azərbaycan prosesləri tam fərqli yöndən idarə edir. Öz siyasətini elə qurub ki, buradakı insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ağrısız baş tutsun, o cümlədən onların bütün hüquq və təhlükəsizliklərini də öz üzərinə götürür. Bunun da Azərbaycan Konstitusiyası çərçivəsində olacağını bəyan edib.
Bu, bir çox dövlət, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya və ABŞ tərəfindən müsbət qarşılanıb.
ABŞ-ın Ermənistandakı səfiri ötən aylarda Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz formada yaşayacaqlarına inandığını demişdi. Eyni zamanda, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ay Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşündə hər iki ölkədə yaşayan etnik azlıqların hüquqlarının beynəlxalq konvensiyalara uyğun təmin edilməsinin vacibliyini bildirmişdi. Bu baxımdan, Fransanın səylərinin bir nəticə verəcəyinə inanmıram. Çünki daha böyük güclər – ABŞ və Rusiya bu məsələdə Fransadan fərqli düşünür. Digər yandan, Kosovoda yaşayan insanlarla Qarabağda yaşayan insanlar arasında paralellik də uyğun deyil.