“Masallı Təhsil Fondu”nun təşkilatçılığı
ilə tələbələrlə görüş baş tutub.
Təqdirəlayiq amalı ilə çıxdığı bu müqəddəs yolda Masallıda nümunəvi Respublikamızda yeganə olan Masallı təhsil fondu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılmışdır. Hər birimizə məlumdur ki, hazırda ölkəmiz dinamik inkişaf yolundadır. Bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. Ölkə Rəhbəri təhsil sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərir. Elə bu minvalla yola çıxaraq deputat Məşhur Məmmədov da, bölgələrdə qızların təhsil almalarına əhəmiyyətli dərəcədə önəm verir.
Azadmedia.az xəbər verir ki, avqustun 25-də deputat Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılmış olan “Masallı Təhsil Fondu”nun rayon Heydər Əliyev Mərkəzində şəhər 70 saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərinin qız məzunlarının Dövlət Pedaqoji Universitetlərinin II, III, IV Kurslarda təhsil alan tələbələrlə görüşü keçirilib.
Baş tutan görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İskəndərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, YAP-nın Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşları, “Masallı Təhsil Fondu”nun əməkdaşları, media nümayəndələri, valideynlər və tələbələr iştirak ediblər.
Belə ki, ilk olaraq Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edib. İcra başçısı Fondun əhəmiyyətindən danışaraq, aztəminatlı ailələrin təhsil alan övladlarına qarşı göstərdiyi maddi və mənəvi dəstəyə görə Fondun rəhbərliyinə və əməkdaşlarına, Fondun təşəbbüskarı deputat Məşhur Məmmədova öz təşəkkürlərini bildirib.
Daha sonra, "Masallı Təhsil Fondu"nun icraçı direktoru Hüseyn Hüseynov, tədbir iştirakçılarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verib və hazırki dövrədək ali məktəblərin pedaqoji profilli ixtisaslarına qəbul olmuş 87 tələbənin təhsil haqqının Fond tərəfindən ödənildiyini, 73 tələbəyə isə aylıq təqaüdlərin verildiyini bildirib. Eyni zamanda ali məktəblərdə təhsil alan şəhid övladlarına Fond tərəfindən aylıq 200 manat məbləğində təqaüd verildiyini vurğulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov çıxışında qeyd edib ki, öz xoşbəxt gələcəklərini təmin etmək üçün biliyə və təhsilə yer ayıran qızlarımız həqiqətən alqışa layiqdirlər. Bu mənada cənub bölgəmizdə qızlarımızın təhsil almalarına dəstək məqsədilə deputat Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılmış olan “Masallı Təhsil Fondu”nun bu əhəmiyyətli məqsədi və işi alqışlanmalıdır. Elxan Nəcəfov həmçinin bildirib ki, belə Fondlarımız nəyinki Masallıda, bütün bölgələrimizda olarsa, daha yaxşı olardı.
Deputat Prof. Anar İskəndərov qızların təhsil almasının bir yurdun təhsil almasına bərabər olduğu fikrindən yola çıxaraq məhz bu düşüncənin fərqində olan Hacı Zeynalabdin Tağıyevin müsəlman şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanları nəzərə çatdırıb və bildirib ki, məhz bu mənada, belə müqəddəs yolda deputat Məşhur Məmmədov H.Z.Tağıyevin Masallı rayonunda, cənub bölgəsində olan ən uğurlu davamçısıdır.
Fondun təşəbbüskarı və maaliyyə dəstəkçisi olan deputat Məşhur Məmmədov çıxışında ilk olaraq qeyd edib ki, hər bir millətin gözəl gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Vurğulayıb ki, təhsilli cəmiyyətə sahib olmaq üçün isə, ən vacib amil qızların sahib olduğu təhsildir. Deputat qeyd edib ki, bir oğlanın təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qızın təhsil alması bir ailənin, bir nəslin təhsil almasına bərabərdir. Bundan başqa deputat tələbələrin nəzərinə onu da çatdırıb ki, bu mənada Fondun tələbələrdən sadəcə bir istəyi var, o da dərslərinə məsuliyyətlə yanaşmaları və əhəmiyyətli dərəcədə təhsilə, oxumağa üstünlük vermələridir. Çıxışının sonunda deputat Məmmədov bütün abituriyent və tələbələrə uğurlar diləyərək, onların gələcəyinə böyük inam bəslədiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, "Masallı Təhsil Fondu" dörd illik fəaliyyəti dövründə 160 nəfər qızın Dövlət Pedaqoji Universitetlərin müəllimlik ixtisasında təhsil almalarına köməklik göstərib.
Nəzərinizə çatdıraq ki, qız tələbələrin təhsil haqqları və təqaüdlə təmin olunmaları Fondun Nizamnaməsinə uyğun müəyyən edilib. Bundan əlavə, hər semestr başa çatdıqdan sonra onlarla görüş keçirilir, tələbələrin uğurları, dərsə olan davamiyyətləri, həmçinin təkliflər barədə məlumatlar dinlənilir.
Tədbirdə çıxış edən tələbələr, belə bir Fondun vacibliyini vurğulayaraq, aztəminatlı və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəyə görə Fondun qurucusu deputat M.Məmmədova, direktoruna və əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan və onun maddi dəstəyi ilə fəaliyyət göstərən “Masallı Təhsil Fondu”nun təşkilatçılığı ilə cari ildə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş qız abituriyentlər və tələbələrlə keçirilən görüşdə sonda cari ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən artıq bal toplamış abituriyentlərə və ali məktəblərdə təhsil alan və ötən tədris ilini uğurla başa vuran tələbələrə Fond tərəfindən Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Sonda deputat Məmmədov, "Masallı Təhsil Fondu"nun dəstəyilə təhsil alan bütün tələbələri, həmçinin XI sinifdə təhsil alan qızları yeni dərs ili münasibətilə təbrik edib, təhsildə hər birinə uğurlar arzu edib.
Ülkər Piriyeva