Dünyanın diqqəti Ərdoğan-Putin danışığında

Dünyanın diqqəti Ərdoğan-Putin danışığında Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.

İki liderin görüşünün mühüm gündəm bəndlərindən biri də dünyanın gözünün çevrildiyi Taxıl Dəhlizi sazişinin gələcəyi olacaq.

BMT-nin Rusiyanı razılaşmaya qaytarmaq cəhdləri heç bir nəticə verməyib. Müqavilənin imzalanmasında ən böyük payı olan prezident Ərdoğan Taxıl Dəhlizinin açılması üçün diplomatik təmaslarına diqqət çəkib.

“Milliyyət”in yazdığına görə, bu kontekstdə Ərdoğanın Putinlə mühüm telefon danışığı olacaq. Rusiya-Afrika Sammitindən sonra Putin çərşənbə günü Ərdoğanla telefonla görüşəcəyini bildirib. Beləliklə, Taxıl dəhlizinin yenidən açılmasını gözləyən milyonlarla insanın gözü Ərdoğan-Putin görüşünə çevrilib.

Telefon danışığında eyni zamanda Türkiyədə təbii qaz mərkəzinin yaradılması layihəsi və Rusiya ilə Ukrayna arasında daimi atəşkəsi təmin edəcək sülh təşəbbüsləri, həmçinin iki liderin üz-üzə keçirməyi planlaşdırdıqları görüşlə bağlı məsələni də müzakirə ediləcəyi gözlənilir.

Oxşar xəbərlər