
“Naşa Niva” xəbər verir ki, vaqnerçilər Belarusun Mogilev vilayətinə köçürüldükdən sonra onlara Ukraynadan olan Sergey Çubko başçılıq edib.
46 yaşlı Sergey Vladimiroviç Çubko Ukraynanın cənub-qərbindəki Çervontsı şəhərində anadan olub. SSRİ dağılandan sonra Rusiyaya köçüb. 1994-cü ildə RF Silahlı Qüvvələrinə qoşulub və Çeçenistanda döyüşüb. 2017-ci ilin yanvarında Çubko “Vaqner”ə qoşulub və Suriyaya gedib və orada dəstənin hərbi əməliyyatının rəhbəri olub. Bundan başqa, 2019-cu ildə o, Liviyadakı vaqnerçilərin yeni qərargahına rəhbərlik edib.