DİN və DSX əməliyyat keçirib, 58 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO/VİDEO

DİN və DSX əməliyyat keçirib, 58 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO/VİDEO Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında İmişli rayonunda keçirilən tədbir zamanı Göyçay şəhər sakinləri əvvəllər məhkum olunmuşlar – Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov narkotik madələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 58 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana və 1030 ədəd narkotik tərkibli metadon həbi aşkar edilib. Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov onlardan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Seyid” adı şəxsin vasitəsilə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən İmişli rayonu Qaragüvənlikli kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son 3 ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərilməsinin qarşısının alınması məqsədi ilə birgə keçirilən əməliyyatlar zamanı 500 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

DİN və DSX əməliyyat keçirib, 58 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb - FOTO/VİDEO


Oxşar xəbərlər