Cinsi azlıqlar Bakıda aksiya keçiriblər

Cinsi azlıqlar Bakıda aksiya keçiriblər Bir neçə aksiya iştirakçısı LGTB bayrağına bürünüb

Bazar ertəsi, iyunun 13-də, bir qrup LGTB nümayəndəsi ABŞ-ın Bakıdakı səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.

Turan agentliyi xəbər verir ki, aksiya iştirakçıları iyunun 12-də Amerikanın Orlando şəhərində homoseksualların gecə klubunda törədilən terror aktının qurbanlarına dəstək ifadə ediblər.

Aksiya iştirakçıları “Homofobiyaya yox” və “Homofobiya öldürür” şüarları yazılmış plakatlar qaldırıblar. İştirakçıların bəziləri LGTB bayraqlarına bürünüblər.

Oxşar xəbərlər