Ərdoğan heç kimdən asılı deyil: Ermənistanın Türkiyə qorxusu

Ərdoğan heç kimdən asılı deyil: Ermənistanın Türkiyə qorxusu "Rəcəb Tayyib Ərdoğan bundan sonra Qərbin çağırışlarına əhəmiyyət verməyəcək və özünə uyğun olanı edəcək".

Bunu erməni news.am-a türkoloq Andranik İspiryan deyib.

O narahatdır ki, Türkiyə Prezidenti Ərdoğan son illərdə Qərbdən asılı olmadan müstəqil siyasət yürüdür.

"Təəssüf ki, ölkəmiz ətrafında baş verən ciddi hadisələrdə Türkiyə əhəmiyyətli rol oynayır. Əgər seçkilərdən əvvəl Ərdoğan Ermənistanla münasibətlərdə təmkinli olmağa, Qərbi tamamilə ona qarşı çevirməməyə çalışırdısa, indi artıq belə narahatlığı yoxdur. Bu o deməkdir ki, ilk növbədə, bütün bunları nəzərə almalıyıq ki, Ərdoğan bundan sonra Qərbin çağırışlarına, nəsihətlərinə əhəmiyyət verməyəcək. Ermənistan bunu nəzərə almalıdır", - İspiryan bildirib.

Oxşar xəbərlər