Avtomobilini satmaq istəyənlərə mühüm xəbər - VİDEO

Avtomobilini satmaq istəyənlərə mühüm xəbər - VİDEO Avtomobil satarkən maşının icbari sığorta müqaviləsinə xitam vermək təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, ekspert Vüsal Bədəlov bildirib ki, alqı-satqı zamanı sığorta müqaviləsinə xitam verilmirsə və alan adam sonradan həmin avtomobillə qəza törədirsə, bu zaman əvvəlki sahibinin sığorta tarixçəsi korlanır. Başqa sözlə, avtomobilin əvvəlki sahibi növbəti dəfə icbari sığorta bağlayan zaman artıq pul ödəməli olur.

Ekspert deyib ki, təkcə satan zaman deyil, nəqliyyat vasitəsi uzun müddət sürülmürsə və ya hər-hansı bir hadisə zamanı tam yararsız hala düşürsə, bu zaman da sığorta müqaviləsi ləğv edilə bilər. Üstəlik, sığorta şirkəti sığortalı günlərin pulunu ümumi məbləğdən çıxaraq, qalığı sahibinə qaytarmalıdır.

Vüsal Bədəlov onu da bildirib ki, kasko sığortası müqaviləsinə də vaxtından əvvəl xitam verdirmək mümkündür. Qalıq məbləği geri ala və ya şəxsin digər avtomobilinin kasko müqaviləsi üçün istifadə edilə bilər.

Ekspert əlavə edib ki, kasko sığorta müqaviləsinin şərtləri sığortalı ilə sığorta şirkətinin arasındakı razılaşma əsasında müəyyən edilir. Qalıq ödəmələr də bu müqaviləyə uyğun aparılmalıdır.


Oxşar xəbərlər