"Rusiyanın tələblərini qarşılamaqdan məmnunuq ancaq gördüyümüz işlər bizim üçün "qırmız xətt" hesab olunur".
APA xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində bildirib.
Ermənistan lideri bildirib ki, bu sözlər Rusiyaya açıq şəkildə bildirilib.
"Sizi narazı salmaq istəməzdik ancaq özümüzə sanksiya tətbiq edilməsindən narahatıq. Burada gizlin heç nə yoxdur", - deyə Paşinyan bidirib.
Paşinyan bəyan edib ki, Ukrayna hadisələri ilə əlaqədar logistika zəncirləri pozulub.
Onun sözlərinə görə, Rusiyaya çatdırılmalı olan bir çox mallar indi üçüncü ölkələr vasitəsilə daşınır.
Paşinyan əlavə edib ki, ölkəsi sanksiya mallarına münasibətdə şəffaf olmağa çalışır və bu məsələ ilə bağlı Avropa İttifaqı, ABŞ və Rusiya ilə işləyir.