Kremlə yaxın bəzi siyasi dairələr nüvə silahının Rusiyanın müdafiəsində effektiv olmadığını düşünürlər, indiki dərinləşməkdə olan böhranlı situasiyadan yalnız "Stalin dövrünün idarəçilik sistemi" ilə çıxmağın mümkünlüyünü iddia edirlər... Böyük ehtimalla bu təklifin müəllifləri SMERŞ-in də bərpa ediləcəyi təqdirdə, öz siyasi rəqiblərini məhz bu "məhkəməsiz cəza və repressiya mexanizmi" ilə onları sıradan çıxartmaq şansı qazana biləcəklərinə əmindirlər...
Ukrayna savaşında situasiya kuliminasiya nöqtəsinə yaxınlaşır. Zaman keçdikcə, Rusiya bu savaşın hərbi-siyasi təzyiqlərinə tab gətirməkdə çətinlik çəkir. Kreml son vaxtlar ümumiyyətlə, hərbi-siyasi proseslərə reaksiya verməkdə ya gec qalır, ya da yanlış qərarlar verməklə, Rusiyanın vəziyyətini daha da ağırlaşdırır.
Halbuki, Ukrayna savaşı ətrafında baş verən bütün hadisələr Rusiyanın beynəlxalq imicini sarsıdır və hərbi-siyasi qüdrəti ilə bağlı vaxtilə yaradılmış mifləri tamamilə dağıdır, yerlə bir edir. Kreml Rusiyanın iri addımlarla dərin böhrana doğru irəliləməsinin qarşısını ala bilmir. Və bu baxımdan, Rusiyanın daha ağır tarixi mərhələyə keçid etmək üzrə olduğu da qətiyyən şübhə doğurmur.
Rusiyada hərbi-siyasi böhran bir neçə istiqamət üzrə sürətlə inkişaf etməkdədir. Birincisi, beynəlxalq məkanda Rusiya keçmiş SSRİ-nin dağılmasından sonra sahib olduğu bütün yazılmamış səlahiyyətlərindən məhrum edilib. Yəni, Kreml artıq dünyanın idarə edilməsi prosesindən böyük ölçüdə kənarlaşdırılıb. Və belə davam edərsə, Kremlin hərbi-siyasi iradəsinin beynəlxalq məkana dönüşü ya uzun müddət alacaq, ya da ümumiyyətlə, mümkün olmayacaq.
Ancaq Kremlin problemləri yalnız Rusiyanın dünyadan təcrid prosesinin həlledici mərhələyə keçməsi ilə məhdudlaşmır. Rusiya indi daxili hərbi-siyasi və ictimai böhranla da qarşı-qarşıya qalıb. Kreml üçün ikinci təhlükəli istiqamətdə də məhz budur. Çünki Putin hakimiyyətinin ictimai-siyasi reytinqi indi ən aşağı səviyyəyə enib. Hər halda, Rusiya cəmiyyətində prezident Vladimir Putinin əvəzedilməz dövlət lideri olduğuna indi ciddi şübhələr mövcuddur.
Hətta hazırda prezident Vladimir Putinin Ukraynaya hərbi müdaxilə qərarının doğru olub-olmadığı da ciddi müzakirə və mübahisə mövzusudur. Ən əsası isə Rusiya cəmiyyətində Kreml sahibinin ölkəni bu savaşdan və beynəlxalq situasiyadan çıxara biləcəyinə olan inam sarsılıb. Və Kreml sahibi indi əvvəlki dövrlərdən fərqli olaraq, hər şeyə qadir dövlət başçısı hesab olunmur, üstünlük onun cəsarətsizliyi barədə ictimai rəylər möhkəmlənir.
Bütün bunlar hərbi-siyasi böhranın üçüncü istiqamətinə də impuls verir. Belə ki, Rusiya cəmiyyətində prezident Vladimir Putinə olan etimadsızlıq tədricən Kremlin divarları içərisinə də sıçramağa başlayıb. Prezident Vladimir Putinin ətrafında mərkəzdən qaçma prosesinin başladığı barədə məlumatlar mövcuddur. Hətta Rusiyanın hərbi-siyasi elitasının hazırda ciddi parçalanma dövrü yaşadığı və qruplaşmalar arasında mübarizənin başlandığı bildirilir.
Təbii ki, Rusiya dövlətçiliyi üçün ən təhlükəli məqam da məhz bu faktordan qaynaqlanır. Çünki Rusiya tarixən güclü avtoritar liderin ətrafında qurulmuş idarəçilik mexanizmlərinə bağlı dövlət olub. İndi bu idarəçilik mexanizmləri tədricən dağılmağa başlayıb. Rusiyanın hərbi-siyasi elitasında ölkənin gələcəyindən daha çox öz şəxsi taleyini düşünənlərin sayı durmadan artır.
Kremlin propoqanda mexanizmlərinə alternativ informasiya qaynaqları Rusiya hərbi-siyasi elitasında Qərbə gizli xidmət göstərən yüksək ranqlı məmurların olduğunu iddia edirlər. Qərb xüsusi xidmət servislərinin prezident Vladimir Putinin ən yaxın ətrafına qədər uzana bildikləri vurğulanır. Və bu səbəbdən də, Kremlin divarları daxilində sobataj, xəyanət ittihamlarının daha açıq mətnlə səsləndirilməsi təəccüblü görünmür.
Nəhayət, daha bir önəmli böhran istiqaməti Rusiyanın müxtəlif önəmli dövlət qurumları arasında mübarizənin və qarşıdurmanın kəskinləşməsi ilə bağlıdır. Belə anlaşılır ki, Rusiya hərbi-siyasi elitasında Ukrayna savaşından sonra başlayacağı ehtimal olunan postputin dönəminə artıq indidən hazırlaşmağa başlayıblar. Yəni, bəzi yüksək ranqlı məmurlar öz qruplaşmalarını hərəkətə gətirərək, gələcək hakimiyyət bölgüsünə elə indidən başlayıblar.
Rusiyanın hərbi blokunda dərinləşən parçalanma və kəskin qarşıdurma Kremldə postputin dönəminə yönəlik hakimiyyət uğrunda mübarizənin amansız xarakter aldığını göstərir. Hazırda Rusiya Müdafiə Nazirliyi və "Vaqner" muzdlu hərbi qruplaşma arasında qarşıdurma artıq açıq müstəviyə keçməyə başlayıb. Kremldə bəzi siyasi qruplaşmalar "Vaqner"i və onun rəhbəri Yevgeni Priqojinin gələcək hakimiyyət bölgüsünə iddiaçı ola biləcəyindən ciddi şəkildə narahatdırlar.
Ona görə də, Yevgeni Priqojinin "Vaqner" ilə birlikdə Ukrayna savaş poliqonunda sıradan çıxarılmasına üstünlük verirlər. Çünki "Vaqner"in Ukrayna savaşında Rusiya ordusundan daha önəmli hərbi nəticələr qazana bilməsi Yevgeni Priqojinin ictimai nüfuzunu yükləməyə başlayıb. Prezident Vladimir Putinin ətrafında olan yüksək ranqlı məmurlar belə bir hərbi-siyasi gücə malik rəqibin gələcək hakimiyyət bölgüsünə iddia etməsində qətiyyən maraqlı deyillər. Bu səbəbdən, "Vaqner"in elə savaş meydanında məhv edilməsinə çalışırlar.
Təbii ki, Yevgeni Priqojin prezident Vladimir Putinin keçmiş aşpazı olsa da, Kremlin "siyasi mətbəx"ində ona qarşı hansı tələbin qurulduğunu anlamamış deyil. O, anlayır ki, "Vaqner" Kremldəkilərə yalnız Ukrayna savaşında Rusiya ordusuna müvəqqəti zaman qazandırmaq üçün lazımdır. Ona görə də, Kremli Ukrayna savaşından "Vaqner"i geri çəkməklə şantaj etməkdən belə, çəkinmədi. Nəticədə Rusiya Müdafiə Nazirliyi uzun müddətdən bəri Yevgeni Priqojinin tələb etdiyi silah-sursatı "Vaqner"ə göndərmək məcburiyyətində qaldı. Və bu, həm Yevgeni Priqojini, həm də onun "Vaqner"ini müvəqqəti olsa, xilas etmiş kimi görünür.
Ancaq "Vaqner"in sıradan çıxarılması ilə bağlı planların tamamilə qapandığını düşünmək sadəlövhlük olardı. Kremldəki hiyləgər siyasi oliqarxlar Rusiyanın dağılma prosesini ləngitmək üçün "Vaqner"ə müvəqqəti "nəfəslik" açdılar. İndi Kremldə Rusiya üçün daha etibarlı xilas mexanizmləri axtarmağa çalışırlar. Və bu istiqamətdə keçmişə dönüş variantından başqa heç nə tapa bilmirlər.
Məsələ ondadır ki, Kremlə yaxın bəzi siyasi dairələr nüvə silahının Rusiyanın müdafiəsində effektiv olmadığını düşünürlər. Onların fikrincə, indiki dərinləşməkdə olan böhranlı situasiyadan yalnız Stalin dövrünün qaydaları ilə çıxmaq olar. Ona görə də, prezident Vladimir Putinə Stalinin idarəçilik sisteminə keçməyi təklif edirlər.
Maraqlıdır ki, həmin siyasi dairələr Stalinin idarəçilik sisteminin effektiv olmasını təmin etmək üçün o dövrdə mövcud olmuş SMERŞ-in bərpa olunmasını da vacib hesab edirlər. Onların fikrincə, bütün qanunlardan üstün olan, məhkəməsiz cəzalandırmaq səlahiyyətlərinə sahib SMERŞ Rusiyanın hərbi-siyasi elitasında sabotaj və xəyanətlərin qarşısını ala biləcək yeganə mexanizm rolunu oynaya bilər.
Yəni, Rusiya siyasi dairələri ABŞ və Qərbin nüvə silahı ilə qorxudulmasının bir nəticə vermədiyini anlayaraq, ölkə daxilində "SMERŞ bombası" partlatmaq niyyətinə düşüblər. Böyük ehtimalla bu təklifin müəllifləri SMERŞ-in bərpa ediləcəyi təqdirdə, öz siyasi rəqiblərinə qarşı məhkəməsiz cəza mexanizmi ilə onları sıradan çıxartmaq şansı qazana biləcəklərinə əmindirlər.(Yeni Müsavat)