Ermənilərin 10 may qorxusu: Bakı Qarabağda nəyi elan edəcək?

Ermənilərin 10 may qorxusu: Bakı Qarabağda nəyi elan edəcək? 10 may tarixində Azərbaycan Qarabağda növbəti qələbəsini elan edə bilər.

Publika.az xəbər verir ki, bu iddialar Ermənistan mediasında gündəmə gəlib.

"Hayeli” saytı yazır ki, 2023-cü il "Heydər Əliyev ili”dir və 10 mayda Heydər Əliyevin 100 illiyi qeyd olunacaq.

"Mümkündür ki, Bakı 10 may tarixində növbəti qələbəsini elan edəcək. Bunun nədən ibarət olduğunu demək çətindir, amma istisna edilməməlidir”, - deyə erməni KİV yazır.

Qeyd edək ki, Prezident İlham Əliyev müharibədən sonra çıxışlarında torpaqlarımızın azad olunmasının, xüsusilə Şuşaya bayrağımızın sancılmasının ata vəsiyyəti olduğunu bəyan edib. Bu haqda sonuncu dəfə Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı danışdı. Ermənistan mediasının iddiaları daha çox beynəlxalq ictimaiyyətə hesablanmış təbliğat kimi görünür və məqsəd "Azərbaycanın Qarabağda etnik təmizləməyə hazırlaşır” kimi absurd iddialar ətrafında ictimai rəy formalaşdırmaqdır.

Hərçənd, Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra rəsmi Bakı artıq Qarabağda böyük üstünlük əldə edib, o cümlədən, separatçıların istifadə edə biləcəyi bütün yolları bağlayıb. Bu baxımdan, hərbi müstəvidə addımları atılması ehtimalı zəif görünür. Lakin 10 may tarixində nəsə elan edilərsə, bu, böyük ehtimalla, diplomatik müstəvidə əldə edilmiş nələrsə ola bilər.

Oxşar xəbərlər