Kəmalə Qədirova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Kəmalə Qədirova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
Kəmalə Qədirova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 164 №-li tam orta məktəbinin direktoru Kəmalə Qədirovanınn keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

164 №-li tam orta məktəbinin direktoru Kəmalə Qədirova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Kəmalə Qədirovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Kəmalə Qədirova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 164 №-li tam orta məktəbinin direktoru Kəmalə Qədirovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 164 №-li tam orta məktəbinin direktoru Kəmalə Qədirovadır.

164 №-li tam orta məktəbinin direktoru Kəmalə Qədirova - 164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəb üçün 600 yerlik əlavə tədris korpusu inşa olunub, əlverişli təlim imkanları yaradılıb.

Məktəbin pedaqoji kollektivi tərəfindən müəyyənləşdirilən “Bu günün yüksək təhsili sabahın parlaq gələcəyi inkişafın qarantıdır” devizi onun fəaliyyətinin əsasını təşkil edir.

Məktəb 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. Həmçinin, pedaqoji kollektivin 11 üzvü “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülüb.

Məktəbin fəaliyyətinin əsasını keyfiyyətli tədris təşkil edir. Tədris prosesinin müasir tələblər səviyyəsində təşkili hər bir şagirdin dövlət standartları səviyyəsində bilik və bacarıqlar əldə etməsinə zəmin yaradır. Məktəbdə tədris 2 dildə - Azərbaycan və rus dillərində aparılır. Məktəb bir çox layihələrdə fəal iştirak edir.

Təlim prosesində İKT–dən istifadə keyfiyyəti yüksəldir. Elektron dərslər şagirdlərdə təlimə marağı artırır, öyrəndiklərini daha yaxşı yadda saxlamağa kömək edir. Müəllimlər təlim prosesində şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparmasına şərait yaradır, şagirdlərlə daim ünsiyyətdə olur, onları düşündürən məsələlərlə bağlı söhbət edirlər. İnformasiya axının bol olduğu bir dövrdə şagirdlərin həyata baxışlarının düzgün istiqamətlənməsində onlara kömək edir, daim düzgün ünsiyyət qurmağa çalışırlar.

Məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivin qarşısına qoyulan məqsəd birdir - ölkəyə savadlı gənclər yetişdirmək.

Məktəbdə müəllimlərin fəaliyyətinin artırılması, fənlər üzrə monitorinqlərin aparılması və İKT-nin dərslərdə tətbiqi üzrə yüksək nəticələr əldə olunub. Fənn kabinetləri və əksər sinif otaqları proyektorlarla təmin olunub.

Şagirdlərimiz rayon, şəhər və respublika üzrə keçirilən müsabiqələrdə fəal iştirak edir və nailiyyətlər əldə edirlər.


[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-04/1682585358_15166501295a663e91bd4a59.49884156.jpg[/medium]
[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-04/1682585400_15166501295a663e91bd4ac7.59406645.jpg[/medium]
[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-04/1682585386_15166501295a663e91bd45a7.16974535.jpg[/medium]
[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-04/1682585414_15166501295a663e91bd48c5.38092856.jpg[/medium]
[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-04/1682585362_15166501295a663e91bd49d2.15974374.jpg[/medium]
[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-04/1682585329_15166501295a663e91bd4828.87566864.jpg[/medium]
[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-04/1682585406_15166501295a663e91bd4947.00332411.jpg[/medium]
[medium]http://xezerinformasiya.com/uploads/posts/2023-04/1682585372_142031374554a84491dace62.01713745.jpg[/medium]

Oxşar xəbərlər