“Spartak” İdman Klubunun gimnastı Yusifova Melissa qızıl medal qazanıb

“Spartak” İdman Klubunun gimnastı Yusifova Melissa  qızıl medal qazanıb Martın 11-dən 14-dək Rusiya Federasiyasının Moskva şəhərində İrina Viner-Usmanovanın Gimnastika Sarayında “Qazprom uşaqlara” proqramı çərçivəsində bədii gimnastika üzrə “Alina Kabayevanın Qazprom ÇEMPİONLAR KUBOKU-Moskva Qran Pri 2023 keçirilmişdir.
Bədii gimnastika üzrə Moskva Qran Prisi artıq iyirmi altıncı dəfədir ki, keçirilir. 2023-cü ilin yaz mövsümündə təşkil olunan beynəlxalq turnirdə 14 ölkənin - Rusiya, Belarus, Azərbaycan, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Cənubi Koreya, BƏƏ, Suriya, Slovakiya gimnastika klublarını təmsil edən idmançılar iştirak edirdilər.
Yarışda 200-dən çox gimnast mübarizə aparırdı. Onlar arasında Rusiya millisinin liderləri Dina Averina, Lala Kramarenko, qrup hərəkətlərində Rusiya komandası və milli komandanın digər üzvləri də var idi.
Turnirdə Azərbaycanı təmsil edən “Spartak” İdman Klubunun gimnastları Yusifova Melissa - 1 qızıl medal (çoxnövçülük üzrə), Məlikova Məryəm - 1 gümüş (alətsiz), İşmuratova Sultana - 3 qızıl (çoxnövçülük, alətsiz, klub üzrə), Dusalina Samira 1 qızıl (çoxnövçülük üzrə) Baxtakova Alexandra 1 qızıl (alətsiz), Şahmayeva Samina 2 gümüş və 1 bürünc (çoxnövçülük, alətsiz və gürzlər üzrə), Dmitrieva Eleonora - 1 qızıl, 1 gümüş və 1 bürünc (çoxnövçülük, alətsiz, halqa üzrə) medallar qazandılar. Ümumilikdə gimnastlarımız 7 qızıl, 3 gümüş, 2 bürünc medallarla turnirin qalibi olaraq Dövlət himnimizin səslənməsinə, Dövlət bayrağımızın beynəlxalq arenada dalğalanmasına nail oldular. İdmançıların bütün bu nailiyyətləri əməkdar məşqçilər Nurlana Əlizadənin və Natalya Nərimanovanın səyləri nəticəsindən irəli gəlir. Gimnastlarımıza gələcəkdə uğurlar arzulayırıq.



“Spartak” İdman Klubunun gimnastı Yusifova Melissa  qızıl medal qazanıb
“Spartak” İdman Klubunun gimnastı Yusifova Melissa  qızıl medal qazanıb
“Spartak” İdman Klubunun gimnastı Yusifova Melissa  qızıl medal qazanıb
“Spartak” İdman Klubunun gimnastı Yusifova Melissa  qızıl medal qazanıb

Oxşar xəbərlər