Fars-molla rejiminin Bütöv Azərbaycan ƏNDİŞƏSİ... - NƏ BAŞ VERİR?

Fars-molla rejiminin Bütöv Azərbaycan ƏNDİŞƏSİ... - NƏ BAŞ VERİR? 44 günlük Vətən müharibəsindən bəri alışdığımız tendensiya indi də davam edir: Regionda Azərbaycanın lehinə hər hansı dəyişikliklər gündəmə gəldikdə, İrandan təhdid səsləri gəlməyə başlayır. Cənub qonşumuz yenə də imkan düşən kimi ölkəmizə qarşı hədə dilini işə salır.

Bu dəfə bir ekspert, ya da rəsmi yox, İran mediasının böyük bir qismi aktiv şəkildə anti-Azərbaycan kampaniyasına start verib.

Tezislər, aparılan təbliğat isə əvvəlki dönəmlərdən daha sərt dili ilə fərqlənir...

Məlum olduğu kimi, son günlərdə Qarabağ ətrafında vəziyyət bir xeyli gərginləşib. Erməni separatçılarının Rusiya sülhməramlılarının xeyir-duası ilə Qarabağa qanunsuz silah-sursat daşıması ifşa olundu, bunun qarşısını almaq istəyən hərbçilərimizə atəş açıldı, iki hərbi qulluqçumuz şəhid oldu. Amma terrorçuların cavabı meydanda olduğu kimi, siyasi müstəvidə də verildi.

Belə ki, Azərbaycan tərəfi mütəmadi olaraq Müdafiə və Xarici İşlər Nazirliyi səviyyəsində bu qanunsuzluqların qəbuledilməz olduğunu bildirir. Eyni zamanda, torpaqlarımızdakı bu tip qanun pozuntularının qarşısının alınması üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasının labüdlüyü rəsmi Bakı tərəfindən qeyd olunur.

Proseslərin gedişi, bu labüdlüyün yaxın perspektivdə reallaşacağını deməyə əsas verir. Və görünən qədərilə, bu proses Ermənistandan daha çox İranı narahat edir.

Bu qənaətə gəlməyimiz heç də təsadüfi deyil. Çünki Ermənistan və İran tərəfinin son günlər seçdiyi ritorikaya baxsaq, həqiqətən də, Tehranın erməniləri İrəvandan daha çox düşündüyü təəssüratına qapılarıq. Əgər Ermənistan “təhlükəsizlik”, “blokada” kimi yalanlar uydurmaqla kifayətlənirsə, İran açıq şəkildə ölkəmizi savaşla hədələyir.

Bəs, İran nə deyir?

SEPAH-a yaxın media kanalları və ekspertlərin çıxışlarında oxşarlıqlar diqqəti çəkir. Belə ki, Azərbaycanın hərbi əməliyyatlara başlayacağı ilə bağlı xəbərlərin tirajlanması fonunda, “Qafqazın təhlükəsizliyi İranın qırmızı xəttidir” tezisinə xüsusilə yer verilir. Məsələn, hökumətyönümlü siyasi şərhçi Reza Abbasi tviterdə yazıb:

“İran İslam Respublikasının silahlı qüvvələri heç bir müharibənin təşəbbüskarı deyil, ancaq düşmənlərin paytaxtına doğru irəliləməyə başlamaq üçün yalnız bir əmr lazımdır. Qafqaz İranın qırmızı xəttidir”.

Yəni, Azərbaycan düşmən kimi təqdim olunur, ölkəmizin öz torpaqlarında atacağı hər hansı hərbi addıma cavab veriləcəyi deyilir. Bundan əlavə, dünən bir qrup məktəbli şagirdi Xudafərin körpüsünə gətirən İran uşaqlara hərbi marş oxutmaqla əyani formada da təhdidlərini ifadə edib.
Göründüyü kimi, mollalar açıq şəkildə ölkəmizi savaşla hədələyir. Elə sərhədimizə göndərilən hərbi təyyarə və İranın Qarabağa 4 min terrorçu göndərmək planının ifşası bu təhdidlərin ilk işartıları idi.

Yəni, molla rejimi Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, separatçıların sonunun gəlməsini və Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasını istəmir.

Onu da xatırladaq ki, hal-hazırda İran mətbuatında bir gün ərzində ölkəmiz əlehinə yazılan təhdidlər, heç Ermənistana 30 illik işğal dönəmində ünvanlanmayıb.
Bizim.Media

Oxşar xəbərlər