Azərbaycan xilasedicilərinin bir qrupu Kahramanmaraşdan Vətənə yola salınıb - FOTO

Azərbaycan xilasedicilərinin bir qrupu Kahramanmaraşdan Vətənə yola salınıb - FOTO Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 axtarış-xilasetmə heyətindən 238 nəfəri Bakıya yola salınıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev agentliyə açıqlamasında bildirib ki, zəlzələdən dərhal sonra Azərbaycan Prezidentinin göstərişi ilə 760 nəfərdən ibarət xilasetmə qrupu yaradılıb.
Onun sözlərinə görə, zəlzələnin ilk günündən etibarən azərbaycanlı xilasedicilər üç növbəli şəkildə işlərini davam etdiriblər: “Axtarış-xilasetmə işləri çərçivəsində qruplarımız 17-si uşaq olmaqla 53 nəfəri dağıntılar altından sağ çıxarıb, 174-ü uşaq olmaqla 755 meyit tapıb. Bundan başqa, Kahramanmaraşda iki səhra xəstəxanamız var, 2 mindən çox insan orada müalicə olundu. Buraya gələrkən qarşılaşdığımız mənzərə dəhşətli idi. Türkiyə xalqı qəhrəman xalqdır”.

Azərbaycan xilasedicilərinin bir qrupu Kahramanmaraşdan Vətənə yola salınıb - FOTO

Oxşar xəbərlər