Ermənilərin İrəvana köçürülməsinin əsl məqsədi nə idi? - ARAŞDIRMA + VİDEO

Ermənilərin İrəvana köçürülməsinin əsl məqsədi nə idi? - ARAŞDIRMA + VİDEO İrəvan xanlığı işğal olunduqdan sonra Rusiyanın burada möhkəmlənməsi üçün xristian bufer zolağı yaratmaq lazım idi.

İrəvanın, qonşu Naxçıvanın və Qarabağın əhalisinin böyük əksəriyyəti müsəlmanlar idi. Rusiya anlayırdı ki, işğalla bu torpaqları özününküləşdirə bilməz, azərbaycanlıları isə öldürə bilər, sındıra bilməz.

Odur ki, imperiya rəhbərliyi qərara gəlir ki, buralara xeyli sayda xristian köçürməklə etnik fonu dəyişsin. Bunun üçün general Paskeviç Rusiya rəhbərliyinə təklif edir ki, Volqa boyu yaşayan 80 min kazak bu ərazilərə köçürülsün. Bundan xəbər tutan ermənilər dərhal Rusiya rəhbərliyinə xəbər çatdırırlar ki, Arazın o tayında xeyli sayda erməni var, elə onları İrəvan xanlığına köçürsünlər. Üstəlik, bu, Rusiyaya daha ucuz başa gələr, nəinki Volqa ətrafından buraya kazak köçürmək.
Ətraflı Baku TV-nin “Aydın tarix”ində:


Oxşar xəbərlər