Bu gün Qaradağlı qətliamının ildönümüdür. Qətliamın törədilməsindən 31 il ötür.
1988-1992-ci illərdə rus və erməni hərbi birliklərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlardan biri də Xocavənd rayonunun Qaradağlı kəndində törədilib. Erməni silahlı birləşmələri Xocavənd rayonunun Qaradağlı kəndində yaşayan 200-dən artıq azərbaycanlı ailəsini didərgin salmaq məqsədilə 1988-ci ilin fevralından başlayaraq 1992-ci il fevralın 14-dək müxtəlif vaxtlarda yaşayış yerlərinə və həyətyanı sahələrinə mütəmadi olaraq basqınlar edərək evlərini yandırıb, qarət edib. Nəticədə kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941-ni beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan doğma yerlərindən didərgin salıblar.
3 günün içərisində 70 nəfərdən çox şəhid verən Qaradağlı camaatından 104 nəfər əsir düşüb. Kəndin Bəylik dağı adlanan yüksəkliyində girov götürülənlərdən içərisində 8-i uşaq olmaqla 23 nəfəri ermənilər tərəfindən güllələnib. Öldürülən və ağır yaralılar silos quyularına atılaraq üstü torpaqlanıb. 2 nəfər Zəki bulağında, 2 nəfər isə Cəmiyyət kəndində qətlə yetirilib. Xankəndi və Əsgəranda saxlanılan 54 nəfərdən bir neçəsi sonralar Beynəlxalq Qırmızı Xaç və Qızıl Ayparanın xətti ilə əsirlikdən azad edilib. Əsirlikdən xilas edilənlərin əksəriyyəti ağır işgəncələrdən, onlara vurulmuş naməlum tərkibli iynələrin təsirindən qısa zamanda vəfat edib.
Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. Kəndin sağ qalan sakinləri Ağdamda və respublikanın başqa yaşayış məntəqələrində məskunlaşıb.
Qaradağlıda müharibə cinayətləri törətmiş 12 şəxs beynəlxalq axtarışa verilib. Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb.
“Cinayət işi üzrə Qaradağlı epizodu ilə bağlı bu günədək sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş 12 şəxs Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə beynəlxalq axtarışa verilib. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam edir”, - Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.
“Qaradağlı faciəsi rus və erməni birliklərinin həyata keçirdiyi Qarabağ siyasətinin tərkib hissəsi olub”.
Bunu Musavat.com-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətini şərh edərkən söyləyib.
O bildirib ki, Qarabağ siyasəti sovet dövlətinin və rəhbərliyinin müsəlman və türk dünyasına, o cümlədən də Azərbaycana qarşı həyata keçirdiyi siyasətin bir hissəsi olub:
“366-cı alay və erməni hərbi birlikləri Qaradağlıya qədər bir sıra kəndlərdə, o cümlədən Meşəlidə, Kərkicahanda sözün əsl mənasında mini Xocalı soyqırımı həyata keçirmişdilər. Lakin bu soyqırımlar xalqı öz torpağını ermənilərə verməyə razı salmadı. Həmçinin onları müstəqillik uğrunda mübarizədən yayındırmadı. Onlar bu məsələdə daha qətiyyətli hərəkət etməyə başlamışdılar. Xüsusilə 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan SSR-in suverenliyi haqqında Konstitusiya bəyannaməsinin qəbul edilməsi Moskvanı daha çox qıcıqlandırdı və onlara məlum oldu ki, azərbaycanlıların növbəti addımı SSRİ-nin tərkibindən çıxmaq olacaq. Bu baxımdan da 1990-cı ildə Yanvar qırğını həyata keçirildi. Lakin xalqı öz yolundan döndərə bilmədilər. Həmin dövrdə 366-cı alay və erməni hərbi birlikləri müxtəlif yollarla Azərbaycanın kəndlərini mühasirəyə alır, evləri yandırır, insanları həmin kəndlərdən çıxmağa məcbur edirdilər. Əldə etdiyimiz məlumatlara əsasən, erməni hərbi birliklərinin tərkibində təkcə Qarabağda yaşayan erməni silahlı dəstələri deyil, Ermənistandan, Fransadan, Livandan və dünyanın müxtəlif ölkələrindən mükəmməl terrorçuluq və hərbi təlim keçmiş silahlı qüvvələr də yaxından iştirak edib. Bununla bağlı kifayət qədər material mətbuat səhifələrində çap olunub. Onlar əvvəlcə azərbaycanlılarla ermənilərin birgə yaşadığı kəndlərdən azərbaycanlıları çıxarıblar, ucqarlarda yerləşən Azərbaycan kəndlərini mühasirəyə alaraq 366-cı alayın tanklarından, BMP-rindən və digər döyüş vasitələrindən istifadə etməklə əhalini öldürüb, qorxudub və onları həmin yaşayış məntəqələrini tərk etməyə məcbur ediblər. Təslim olmayan, mübarizə aparan kəndlərdən biri də Xocavənd rayonunun ərazisində yerləşən Qaradağlı kəndi olub”.
Boran Əziz qeyd edib ki, Qaradağlı 4 il ərzində ermənilərə qarşı müqavimət göstərib:
“Münaqişə başlayan ilk gündən bu kəndin sakinləri dəhşətli hadisələrlə üzləşsə də, qorxmayıb, geri çəkilməyib. Onlarla insan ermənilərin törətdiyi qanlı terror aktlarının qurbanına çevrilib. O dövrdə baş verənlər barədə respublika rəhbərliyinə, sovet dövlətinin rəhbərliyinə dəfələrlə müraciətlər ünvanlansa da, onlara qarşı tədbir görülməyib. Ermənilərin törətdiyi cinayət əməllərinə qarşı faktiki olaraq susqun vəziyyətdə qalmaqla onları növbəti daha vəhşi addımlara bir növ həvəsləndirmiş oldular. Beləliklə, Xocavənd kəndi işğal olundu. Ondan sonra Qaradağlı kəndi faktiki olaraq mühasirə vəziyyətinə düşdü. 15-dən artıq ermənilər yaşayan kəndlə əhatə olunmuş bu yaşayış məntəqəsində vəziyyət getdikcə pisləşirdi. Yerli sakinlərdən ibarət kənd özünümüdafiə dəstəsi düşmənin aramsız hücumları qarşısında mərdliklə dayanmasına baxmayaraq, silah-sursatın az olması onları çətin vəziyyətə salmışdı. Qaradağlının yaxınlığındakı kənddən, o cümlədən Ağdamın Mərzili kəndindən, həmçinin Muğanlı, Kuropatkino, Əmralılar kəndlərindən cəsur döyüşçülər Qaradağlıya kömək etmək üçün dəfələrlə cəhd göstərsələr də, silah-sursat və hərbi texnika ilə lazımi qaydada təmin edilmədikləri üçün buna tam nail ola bilməmişdilər”.
Tarix üzrə fəlsəfə doktoru vurğulayıb ki, Qaradağlı kəndi təxminən 40 hektar ərazini əhatə edirdi:
“Onun əkin sahəsi 15 min hektardan artıq idi. Kənd dağətəyi zonada yerləşdiyindən əhalinin bir qismi meyvə-tərəvəzçilik, çox hissəsi isə maldarlıqla məşğul olub. Kənddə 350 şagirdin təhsil aldığı bir orta məktəb, kənd sovetinin inzibati binası, 2 mağaza, 1 kənd həkim ambulatoriyası, 2 idman zalı, 1 kinoklub, 2 yaşayış evi olub. Qaradağlı çox mühüm strateji əhəmiyyətə malik olduğu üçün həmişə ermənilərin təzyiqinə məruz qalıb. Silah-sursat cəhətdən ermənilərdən xeyli zəif olmasına baxmayaraq, kənd sakinləri Qarabağ hadisələrinin başladığı 1988-ci ildən işğal olunduğu 17 fevral 1992-ci ilə qədər düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb.
Xocavənd rayonu Birinci Qarabağ savaşında 130 şəhid verib ki, onların 78-i Qaradağlının payına düşüb. Ermənilər 15 fevral 1992-ci ildə Qaradağlı kəndinə hücum etdilər. Hərbi birləşmələrin, müdafiəçilərin güclü müqaviməti ilə üzləşib geri çəkildilər. Bir neçə itkiləri də oldu. Ancaq ermənilər fevralın 16-da böyük qüvvə ilə yenidən hücuma keçdilər. Kəndin içərilərinə soxulmuş təcavüzkarlarla müdafiəçilər arasında baş verən toqquşmada hər iki tərəfdən xeyli sayda ölən və yaralanan oldu. Silah-sursat cəhətdən qat-qat üstünlüyə malik olan işğalçılar bu dəfə də kəndi ələ keçirə bilmədilər. Bir ovuc insanın böyük bir qüvvə qarşısında bu qədər dayanması böyük bir qəhrəmanlıq idi. İtkilərə baxmayaraq, fevralın 17-də səhər saat 5-də erməni hərbi birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar və Xankəndidəki Rusiyaya məxsus 366-cı motoatıcı alayın bir qrup əsgər və zabiti bir neçə istiqamətdən sonuncu dəfə Qaradağlıya hücuma keçdilər. Şahidlərin söylədiyinə görə, düşmənlərlə mətin müdafiəçilər arasında 11 saata yaxın qanlı döyüş gedib. Müdafiəçilər azsaylı və pis silahlanmış olsalar da, mərdliklə vuruşublar. Qaradağlılara kömək məqsədilə müxtəlif rayonların özünümadiə batalyonlarından göndərilmiş 13 döyüşçü də böyük əzmkarlıq mümayiş etdirib. Sonda müdafiəçilərin özlərinə istehkam seçdikləri kolxozun və kənd sovetliyinin inzibati binası düşmənin əlinə keçdi. Döyüşün sonuna yaxın müdafiəçilərin sursatı faktiki olaraq tükənmişdi. Nəticədə köməksiz qalan Qaradağlı kəndi işğal edildi. Sağ qalan 100-dən artıq adam girov götürülüb ki, onların yarısı vəhşicəsinə qətlə yetirilib. Ermənilər Qaradağlını böyük itki hesabına işğal ediblər. Sonuncu 3 gün ərzində gedən qeyri-bərabər döyüşlərdə onlarla erməninin məhv edildiyi şahidlərin ifadələrindən də məlumdur. Bu döyüşlərdə kənd sakinləri böyük igidlik göstəriblər. Qaradağlı işğal olunarkən ermənilər sakinlərin bir qisminin başını diri-diri kəsib, insanları amansızcasına qətlə yetirib. Bu faciə Xocalı faciəsindən əvvəl baş verən ən böyük faciələrdən biridir”.
Boran Əziz xatırladıb ki, ermənilər 1991-ci il iyunun 28-də Qaradağlı kəndinin 5 kilometrliyində yerləşən Vərəndəli sahəsində fermanı yandırıblar, orada işləyən və ermənilərə qarşı cəsarətlə vuruşan 6 nəfəri qətlə yetiriblər:
“Sentyabrın 8-də isə Ağdamdan Qaradağlıya qayıdan avtobus Xocavənd rayonunun (Martuni) 3 kilometrliyində güllə yağışına məruz qalıb və nəticədə 8 nəfər həlak olub. Başqa vaxtlarda da müxtəlif şəraitlərdə ermənilər tərəfindən 5 azərbaycanlı qətlə yetirilib. 1200 nəfər əhalisi olan Qaradağlı kəndində 77 nəfər qətlə yetirilib və beləliklə daha bir Azərbaycan kəndi faktiki olaraq yer üzündən silinib. Bununla da Xocavəndin ən böyük yaşayış məntəqələrindən biri rus-erməni hərbi birlikləri tərəfindən işğal edilib”.