“İnsanların kütləvi şəkildə virusa yoluxması artıq çox ciddi narahatçılıq yaradır və yaranmış durum sərt tədbirlərin görülməsini zəruri edir. Əgər virusa yoluxma halının qarşısı alınmazsa bu ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də yaranmış vəziyyətlə bağlı həyəcan təbilinin çalınma zamanı yetişib”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün yoluxma sayının artmasında vətəndaşlarımızın da biganəliyi, laqeydliyi və məsuliyyətsizliyi çox mühüm rol oynayır. “Bir çoxları xəstəliyin ilk günlərində laqeydlik nümayiş etdirir və xəstəliyi ciddiyə almırlar. Nəticədə xəstələr çox ağır fəsadlarla üzləşirlər. Odur ki, insanlar xəstəliyin ilk anından məsələyə ciddi yanaşmalı, həkimə müraciət etməli və düzgün müalicə almalıdırlar. Çünki bir ilə yaxındır ki, həkimlərimiz bu xəstəliyə qarşı mübarizə aparır və artıq müəyyən təcrübə də əldə olunub. Həkimlərimiz Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qaydalara uyğun müalicəni aparırlar. O baxımdan da biz zamanında həkimə müraciət etməliyik. Qeyri-ciddiliyə yolverməməliyik”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, hökumət bu istiqamətdə lazımi zəruri addımları ataraq üzərinə düşən işi yerinə yetirir, ancaq xəstələrin sayı çox olduğundan müəyyən problemlər yaranmaqdadır: “ Bu da təbiidir. Çünki hökumət hələ birinci dalğa zamanı bununla xəbərdarlıq edib. Bildirib ki, say çox olarsa, bu səhiyyə sisteminə ağır yük ola bilər və bu da müəyyən problemlərə yol açar. Bu gün xəstələrin sayı çox olduğundan səhiyyə sisteminə müəyyən problem yaradır. Hesab edirəm ki, bu məsələdə təkcə bütün yükü dövlətin üzərinə qoymaq da düzgün yanaşma deyil. Ona görə də vətəndaşlarımız da bu məsələnin ciddiliyini nəzərə alıb dövlətlə həmrəy olub, bu gözəgörünməz bəlaya qarşı birgə fəaliyyət göstərməlidir. Odur ki, insanlarımız “Biz birlikdə güclüyük” şüarına əsaslanaraq bu qlobal bəlaya qarşı birgə mübarizə aparmalıyıq. 44 günlük Vətən müharibəsində olduğu kimi, indi də belə bir birlik, həmrəylik nümayiş etdirsək, o zaman virusa qarşı mübarizə qısa zamanda effektiv nəticəsini verəcək. Amma bununla belə hesab edirəm ki, hökumət virusun qarşısının alınması üçün sərt tədbirlərə əl atmalıdır. Çünki bir çox insanlarımız hələ də məsuliyyətsizlik nümayiş etdirir”.