Vasif Talıbov Bakıya buna görə gəlib - ŞOK SƏBƏB/YENİLƏNİB

Vasif Talıbov Bakıya buna görə gəlib - ŞOK SƏBƏB/YENİLƏNİB Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.

"AzPolitika.info" V.Talıbovun Bakıya gəlişinin Naxçıvandakı "fırtına" ilə bağlı olduğunu yazıb. Onun Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacağı bildirilir.

Ali Məclis sədrinin Bakıya gəlişinin səbəbini dəqiqləşdirə bilib. Naxçıvandakı mənbələr saytımıza bu səfərin V.Talıbovun şəxsi təşəbbüsü ilə baş tutduğunu deyib. Onun sözlərinə görə, "xan" bağışlanılması üçün Bakıya minnətçi düşəcək.

Mənbə bildirib ki, V.Talıbov özünün və yaxın ətrafının uzun illər ərzində qeyri-qanuni yollarla dövlət büdcəsindən oğurladığı həcmi milyardlarla dollarla ölçülən vəsaiti geri qaytarmağa hazırdır. Bunun müqabilində isə özünün və yaxın ətrafının təhlükəsizliyinə təminat istəyir.

Naxçıvandakı məlumatlı şəxs V.Talıbovun "fırtına" səngiyəndən sonra vəzifədən könüllü getməyə hazır olduğunu da bildirib.

***

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Bakıya gəldiyi bildirilir.

Bu barədə "AzPolitika.info" MR-dəki etibarlı mənbəsinə istinadən məlumat yayıb.

"V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq", - deyə sayt yazıb.

Qeyd edilir ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.

Bundan bir qədər öncə isə Vasif Talıbovun iki dəfə Bakının dəvətindən imtina etdiyi qeyd edilib.

Oxşar xəbərlər