Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbov kadr islahatlarına başlayıb. Hurriyyet.org xəbər verir ki, V.Talıbov iki nazir müavinini vəzifəsindən azad edib.
Qeyd edək ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Naxçıvan fövqəladə hallar nazirinin müavini Nurlan Həsənov və Naxçıvan vergilər nazirinin müavini Nurlan Əliyev vəzifələrindən azad ediliblər.
Bu haqda Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, Vasif Talıbovun bu addımını son vaxtlar Azərbaycan prezidenti İlham Əliyevin apardığı kadr islahatlarının tərkib hissəsi hesab etmək olar. Odur ki, Naxçıvan MR-də də islahatların davamlı olacağı istisna olunmur.
Mənbə onu da dedi ki, əslində Naxçıvanda aparılan islahatlar çərçivəsində bır sıra məmurların nəinki vəzifədən azad olunması, hətta həbs edilməsi də gözləniləndir. Onun sözlərinə görə, bu səbəbdən artıq bir sıra məmurlar “çamodan” əhval-ruhiyyəsindədir.
Hətta mənbə iddia edir ki, bu günlərdə Naxçıvan MR-də yüksək vəzifə tutan məmurlardan biri həbs olunacağını hiss edərək ölkədən qaçıb. Onun nazir vəzifəsi daşıdığı bildirilir. Məlumata əsasən, artıq bir neçə gündür ki, həmin nazirin vəzifəsini müavini icra edir...
Hurriyyet.org
P.S. Qeyd edək ki, ölkədən qaçdığı iddia olunan nazirin adı və soyadı bizə məlum olsa da, hələlik bu haqda açıqlama verməyi lazım bilmirik. Lakin bununla bağlı araşdırmamız davam edir, məsələ ilə bağlı tezliklə ətraflı məlumat verməyə çalışacağıq.