8 dekabr, 2022-ci il tarixində ADMİU nəzdində Humanitar Kollecdə görkəmli bəstəkar Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert keçirilib

8 dekabr, 2022-ci il tarixində ADMİU nəzdində Humanitar Kollecdə görkəmli bəstəkar Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert keçirilib ADMİU nəzdində Humanitar Kollecdə bəstəkar, XX əsr Azərbaycan musiqisi tarixində iz qoyan, dinləyicilərə 500-dən çox sevimli, yaddan çıxmayan nəğmələr bəxş edən, həyatımızı rövnəqləndirən mahnıların müəllifi Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş "Keçdiyin bütün yollar..." adlı konsert keçirilib.
Konsertdə görkəmli bəstəkarın yadigarı, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, ADMİU nəzdində Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova, ADMİU-nun müəllimləri və tələbələri, sənət adamları, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.
Əvvəlcə, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova kollecin foyesində müəssisənin kitabxana fondunda olan Emin Sabitoğlunun yaradıcılığından bəhs edən kitablar, eləcə də kollecin Dekorativ tətbiqi sənət və Bədii xalça ixtisasları tələbələrinin əl işləri ilə tanış olub.
Daha sonra konsert proqramında Emin Sabitoğlunun bəstələdiyi bir sıra musiqi nömrələri səsləndirilib. Kollecin müəllim və tələbə heyətindən təşkil olunmuş xalq çalğı ansamblının ifasında bəstəkarın "Dağlar" - Sözləri: Səməd Vurğun. (ifa edib: 2-ci kurs tələbəsi - Xədicə
İsmixanova), "Sən uzaq yaşıl ada" - Sözləri: Vaqif Səmədoğlu. (ifa edib: 1-ci kurs tələbəsi - Səbinə Soltanova, 2-ci kurs tələbəsi - İsmayıl Hüseynov, Fortepianoda müşaiyət edib: İlahə Salmanzadə), "Bizim Cəbiş müəllim" kinofilmindən vals (Akkardeonda ifa edib: müəllim Xəyal Əliyev, tarda müəllim Fərid Atazadə, skripkada müəllim Lalə Qafarova və tələbələri), "Sənsən, yoxsa mən"- Sözləri: Süleyman Rüstəm, (ifa edib: müəllim Yaqut Xəlilzadə), "Gözümdə Leylisən"- Sözləri: Rüfət Əhmədzadə (ifa edib: 2-ci kurs tələbəsi Rübabə Əkbərova), "Şeyda bülbülümsən"- Sözləri: Zeynal Cabbarzadə.(ifa ediblər: 2-ci kurs tələbəsi Zaur Əzimli və 4-cü kurs tələbəsi 8-ci Muğam Televiziya Müsabiqəsinin laureatı Nərgiz Cabbarova, "Bağışla" (Gün keçdi filmindən), (Fortepianoda ifa edib 3-cü kurs tələbəsi Rizvan Tarverdiyev), "Payız gəldi uçdu getdi quşlar" - Sözləri: Fikrət Qoca. (ifa ediblər: 2-ci kurs tələbəsi İsmayıl Hüseynov, gitarada müəllim İlkin Hüseynov), "Sevgi nəğməsi" - Sözləri: Fikrət Qoca. (ifa edib: 2-ci kurs tələbəsi
Zaur Əzimli, fortepianoda müşaiyət edib Rizvan Tarverdiyev), "Təkcə ümid qalsın"- Sözləri: Nəbi Xəzri. (ifa ediblər: müəllim Yaqut
Xəlilzadə, 2-ci kurs tələbəsi İsmayıl Hüseynov), "Dərələr" (tarda ifa ediblər: müəllim Ədalət Behbudov və 4-cü kurs tələbəsi Sahil Şahbazov), "Şirin dil" - Kərkük bayatıları (ifa edib: 4-cü kurs tələbəsi Nərgiz Cabbarova), "Aşığın arzuları"- Sözləri: Bayatılar (ifa ediblər: ADMİU nəzdində Humanitar Kollecin müəllim və tələbələrindən ibarət aşıqlar qrupu) səsləndirilib. Konsert proqramında Emin Sabitoğlunun keçdiyi bütün yollara proyeksiya vasitəsilə səyahət edilib. Bəstəkarın Azərbaycan filmlərinə, eləcə də televiziya tamaşalarına bəstələdiyi fon mahnıları bu günə qədər dillər əzbəridir. Hicran tamaşasından kiçik səhnəni canlandıran kollecin "Bədii yaradıcılıq" ixtisasının 3-cü kurs tələbələri Kərimli Hidayət, Qurbanlı Pərviz, Səfərəliyev Tunay, Qarayeva Aysu gələn qonaqlara nostalji hisslər yaşadıblar. Daha sonra bəstəkarın qızı, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova çıxış edərək kollecin direktoru, dosent Nərmin Qaralova başda olmaqla kollecin kollektivinə, konsertdə iştirak edən və əməyi olan hər kəsə, müəllimlərə, konsertmeysterlərə və tələbələrə öz təşəkkürünü bildirib, tələbələrin zövqünü belə gözəl musiqiylə yetişdirməyi və formalaşdırmağı ən öndər işlərdən olduğunu vurğulayıb.
Sonda ADMİU-nun və kollecin müəllim və tələbələri xatirə şəkilləri çəkdiriblər.

Oxşar xəbərlər