Özünü binadan atan 18 yaşlı qız hamilə imiş - YENİLƏNİB

Özünü binadan atan 18 yaşlı qız hamilə imiş - YENİLƏNİB Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edən 18 yaşlı qızla bağlı bəzi məqamlar üzə çıxıb.

Qafqazinfo məlumatına görə, ilkin araşdırmalar zamanı Masallının kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Rüqayə Hüseynovanın intihar edərkən 5 aylıq hamilə olması məlum olub. Onun qeyri-rəsmi nikah münasibətində olduğu şəxsdən hamilə qaldığı bildirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

***

Masallıda intihar hadisəsi olub.

Lent.az məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

18 yaşlı Hüseynova Ruqayə Rəşid qızı yaşadığı beşmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından özünü ataraq, həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər