
Axar.az xəbər verir ki, bunu erməni analitiki Tevos Arşakyan deyib.
“Gürcüstanın Ermənistana qarşı qeyri-dost münasibəti kontekstində Azərbaycan Prezidentinin Tiflisə dünənki işgüzar səfəri də nəzərə alınmalıdır. Etiraf etmək lazımdır ki, gürcülər Əliyevi daha çox səmimi qarşıladılar. Bu başadüşüləndir - o, Gürcüstan iqtisadiyyatına böyük sərmayə qoyur (təxminən 3 milyard dollar), iqtisadiyyatın bir çox sahələri azərbaycanlıların əlindədir. Gürcüstanın Baş naziri Əliyevi sevindirmək üçün az qala hər şeyi etdi. Qaribaşvili bildirdi ki, Gürcüstan Azərbaycan üçün ən vacib ölkələrdən və dostlardan biridir. Azərbaycan isə Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır. Əliyev və Qaribaşvili “Qarabağ xanlığının irsi”nin sərgisində oldular. Bununla da tərəfini seçən gürcülər özlərini sadəcə donuz kimi apardılar. Erməni tərəfi gürcü qonşuların bu cür nalayiq davranışından müəyyən nəticələr çıxaracaq. Gürcülər düşünməsinlər ki, onlar antierməni siyasətinə görə belə asan qurtula bilərlər. Ermənistanın Gürcüstana təzyiq rıçaqları var, xüsusən də Cavaxetiya məsələsində. Bu bölgənin əhalisinin böyük əksəriyyətini Ermənistana meyil edən ermənilər təşkil edir. Onlar üçün gürcülərin boyunduruğu altında yaşamaq ildən-ilə çətinləşir. Üstəlik, Tiflis bölgə ilə heç maraqlanmır və hətta orada narazılıq yaradır. Ermənistanın Cavaxetiyanın bizə qaytarılması məsələsini gündəmə gətirməsinin vaxtı çatıb”, - o bildirib.