Qətərdə noyabrın 20-dən dekabrın 18-dək futbol üzrə növbəti dünya çempionatı keçiriləcək.
Lakin azarkeşlər zədə səbəbindən bəzi tanınmış futbolçuları mundialda görə bilməyəcəklər.
Oxu.az xəbər verir ki, bu futbolçulardan ən tanınmışı Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantedir. Həkimlər bildirirlər ki, “Çelsi”nin futbolçusunun dizaltı vətərlərində ciddi problemlər var.
Fransa millisinin digər itkisi Bubakar Kamara ilə bağlıdır. “Marsel”in futbolçusu çempionatda zədə alıb və noyabra qədər sıradan çıxıb.
“Barselona”nın və Uruqvay millisinin müdafiəçisi Federiko Arauxo da Qətərdə keçiriləcək futbol bayramına qatıla bilməyəcək. Futbolçu əməliyyat masasına uzanıb və ilin sonuna qədər yaşıl meydanlarda görsənməyəcək.
Portuqaliya millisinin və “Liverpul”un qol silahı Dioqu Jota da dünya çempionatını azarkeşlərlə birgə izləyəcək. Onun almaniyalı baş məşqçisi Yurgen Klopp jurnalistlərə müsahibəsində bildirib ki, 25 yaşlı hücumçunun bərpasına aylar lazım olacaq.
PSJ-nin niderlandlı müdafiəçisi Jorjinyo Veynaldum da dünya çempionatından kənarda qalan futbolçuların sırasındadır.
Qətərdə keçiriləcək dünya çempionatında iştirakı sual altında olan futbolçular da az deyil.
Onlardan ən məşhurları Argentina millisinin yarımmüdafiələri Paulo Dibala və Anhel Di Mariya, Fransa millisinin futbolçusu Pol Poqba, almaniyalı futbolçular Leroy Sane, Marko Roys, İngiltərə millisindən isə Kayl Volker və Trent Aleksandr-Arnolddur.
Hazırda bu futbolçuların hər biri bərpa prosesini keçir və onların dünya çempionatına hazır olub-olmayacaqlarına dair yekun rəyi həkimlər verəcəklər.