Əflatun Qasımov: YOLUNUZ AÇIQ OLSUN... Azərbaycanda ən müasir yol infrastrukturu qurulur

Əflatun Qasımov: YOLUNUZ AÇIQ OLSUN... Azərbaycanda ən müasir yol infrastrukturu qurulur Avtomobil Yollarının İstismarı və Təmiri idarəsinin rəisi Əflatun Qasımov - Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Əflatun Qasımov: YOLUNUZ AÇIQ OLSUN... Azərbaycanda ən müasir yol infrastrukturu qurulur


AAYDA-nin İdarə Heyətinin sədri magistral yolun tikintisi işlərinə baxış keçirib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına baxış keçirib.



“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 39.8-82.2-ci km-lik (42.4 km) Zəyəm-Qırılı hissəsində tikinti işləri artıq yekunlaşdırılıb.

Layihənin 39.8 km-lik 1-ci, Gəncə-Zəyəm hissəsi üzrə tikinti işləri isə bitmək üzrədir. Sözügedən hissədə işlərin fiziki tərəqqisi 93% təşkil edir. Layihənin 47.95 km-lik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin tikintisi davam etdirilir.

Ümumilikdə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.

Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.

Əflatun Qasımov: YOLUNUZ AÇIQ OLSUN... Azərbaycanda ən müasir yol infrastrukturu qurulur


Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov avtomobil yoluna baxış zamanı yol infrastrukturu layihəsinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.

Qeyd edək ki, layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

YOLUNUZ AÇIQ OLSUN...

Əflatun Qasımov: YOLUNUZ AÇIQ OLSUN... Azərbaycanda ən müasir yol infrastrukturu qurulur

Oxşar xəbərlər