Ötən (2021-2022-ci) tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.
“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Onlardan biri şəhid və ya qazi ailələrinin üzvü olub. 113 direktor müavini və 2550 müəllim işə götürülüb.