Şər və Böhtan yazanlara tutarlı cavab - Siraqəddin Cabbarov

Şər və Böhtan yazanlara tutarlı cavab - Siraqəddin Cabbarov Şər və Böhtan yazanlara tutarlı cavab - Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Sabirabad rayonunda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Siraqəddin Cabbarov necə icra başçısı oldu..? - Ramiz Mehdiyevin kürəkəni, İlham müəllimin anası ilə Siraqəddin Cabbarov necə qohumdur..?". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Muğan Gəncəli kəndində keçirilib

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Muğan Gəncəli kəndində Muğan Gəncəli kənd inzibati ərazi dairəsini əhatə edən Muğan Gəncəli, Çiçəkli, Cəngan və Salmanlı kəndlərinin sakinləri ilə keçirdiyi səyyar görüş-qəbulda çıxış edərək sakinləri salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Görüş-qəbulda vətəndaşlardan Elşən Cəfərov, Əlsafa Kərimov, Babək Məlikov və başqaları tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.


Şər və Böhtan yazanlara tutarlı cavab - Siraqəddin CabbarovŞər və Böhtan yazanlara tutarlı cavab - Siraqəddin CabbarovŞər və Böhtan yazanlara tutarlı cavab - Siraqəddin CabbarovŞər və Böhtan yazanlara tutarlı cavab - Siraqəddin CabbarovŞər və Böhtan yazanlara tutarlı cavab - Siraqəddin CabbarovŞər və Böhtan yazanlara tutarlı cavab - Siraqəddin Cabbarov

Oxşar xəbərlər