Azərbaycanın ixracı idxalını 5 milyard dollar üstələyib - 3 dəfə artım

Azərbaycanın ixracı idxalını 5 milyard dollar üstələyib - 3 dəfə artım 2022-ci il martın 31-nə Azərbaycanın xarici ticarət dövriyyəsi 10 908,07 mln ABŞ dollar təşkil edib.

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,6% çoxdur.

Xarici ticarət dövriyyəsinin 7 980,93 mln dollarını və ya 73,17%-ni ixrac əməliyyatları, 2 927,14 mln dollarını və ya 26,83%-ni idxal əməliyyatları təşkil edib.

Artım əsasən ixrac əməliyyatlarında olub ki, bu da 1,9 dəfə çoxdur.

Cari ilin ilk rübünün sonunda Azərbaycanın xarici ticarət saldosu 5 053,79 mln dollar təşkil edib ki, bu da illik müqayisədə 3,1 dəfə çoxdur.

Oxşar xəbərlər