Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. I rüb müddətində görülən işlərlə bağlı əhatəli danışan dövlətimizin başçısı işğaldan azad olunmuş şəhər və rayonlarımızın yenidən qurulması və inkişafı üçün qarşıda duran vəzifələrdən də danışıb.
"Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam",-deyən Azərbaycan Prezidenti bildirib ki, digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır: «Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik”.
Qeyd olunduğu kimi Ağdam və Füzuli təsdiqlənən Baş Plan əsasında qurulur. İndi Şuşa, Cəbrayıl və digər şəhərlərin də Baş planları üzrə iş gedir. Ağdam şəhərində gələcəkdə iş yerlərinin yaradılması üçün Sənaye Parkının təməli qoyulub. Bu parkın təqribən 200 hektara ya¬xın ərazidə salınacağı qərara alınıb. Bərdə-Ağdam avtomobil yolunun yaxın gələcəkdə istismara veriləcəyi planlaşdırılıb. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edəcək. Dövlətimizin baş¬çısının tapşırığına əsasən, Bərdə-Ağdam av¬tomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Bərdə-Ağdam avtomobil yolunun 14-40-cı kilometrləri arasında olan hissələrində tikinti işləri aparılır. Hazırda avtomobil yolunun yuxarıda qeyd edilən hissələrində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaq¬la yolun genişləndirilərək profilə salınması və 26,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Qeyd edək ki, avtomobil yolunun 14 kilometr¬lik hissəsi Bərdə şəhəri və bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün inşası planlaşdırılır. Körpülərin biri 1 aşırımlı olmaqla uzunluğu 18,2 metr, biri 3 aşırımlı olmaqla uzunluğu 91,3 metr təşkil edəcək. Həmçinin uzunluğu 32,2 metr olan yol ötü¬rücünün inşası da nəzərdə tutulub. Hazırda sözügedən yolun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18,2 metr uzunluğa malik 1 aşırımlı körpünün və 32,2 metrlik yol ötürücünün inşası davam etdirilir. Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Füzulidən Şuşaya və Göygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avto¬mobil yollarının tikintisi həyata keçirilir. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin gerçəkləşdirilməsi istiqamətində də işlər uğurla reallaşdırılır. Füzuli Beynəlxalq Hava Limanında inşaat işlərinin gedişi də diqqətdə saxlanılır. Bu beynəlxalq hava limanının tikintisinə yanvar ayında başlanılıb. Üç min metr uzunluğunda, altmış metr enində uçuş-enmə zolağı olacaq limanda təyyarələrin enişinin iki tərəfdən də təmin olunması nəzərdə tutulub. Artıq uçuş-enmə zolağının və perronun tikintisində torpaq işləri yekunlaşıb.
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksi¬mum qısa müddətdə qayıtması da prioritet hədəflər sırasındadır. Türkiyə şirkətlərinin iştirakı ilə Füzuli-Şuşa yolunun, Füzuli hava limanının tikintisinin aparılması, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası və Füzuli şəhəri elektrik stansiyasının işə salınması, Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatının birinci mərhələsinin başa çatması da yuxarıda qeyd edilən fikrin əyani təsdiqidir.
Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
direktor müavini Asiman Paşayev