Rusiya Prezidenti Vladimir Putinə Rusiya ordusunun Ukraynada nə qədər zəif olmasından və sanksiyaların Rusiya iqtisadiyyatına təsiri barədə yanlış məlumat verilir.
Qafqazinfo xəbər verir ki, “Biz hesab edirik ki, məsləhətçilər Putinə Rusiya ordusunun nə qədər zəif olduğunu və sanksiyaların Rusiya iqtisadiyyatını necə çökdürdüyü barədə yanlış məlumat verirlər, çünki ona həqiqəti söyləməkdən çox qorxurlar”, - ABŞ rəsmisi bildirib.
Nəşrin mənbəsi qeyd edib ki, qiymətləndirmə ABŞ kəşfiyyatının məxfilikdən çıxarılan tapıntılarına əsaslanır.
Onun sözlərinə görə, ABŞ-da Putinin dezinformasiyadan xəbərdar olduğunu göstərən məlumatlar var ki, bu da onunla Rusiya Müdafiə Nazirliyinin ən yüksək rütbələri arasında parçalanmaya səbəb olub.
"Bizdə məlumat var ki, Putin Rusiya hərbçiləri tərəfindən aldadıldığını hiss edib. İndi Putinlə Rusiya Müdafiə Nazirliyi arasında davamlı gərginlik var. Bu, Putinin nazirliyin rəhbərliyinə inamsızlığından irəli gəlir”, - amerikalı rəsmi əlavə edib.