Məlumdur ki, Ukrayna dünyada günəbaxan yağının ən iri istehsalçılarından və bu məhsulun Avropa bazarına ən iri tədarükçülərindən biridir. Digər tərəfdən, Ukrayna aqrar sektorunun bu məhsulunun ən iri istehlakçıları Şərqi Avropa ölkələri, ilk növbədə, Çexiya və Macarıstandır.
Ukraynadan tədarüklərin dayandırılması nəticəsində Çexiya və Macarıstanda bir çox supermarketlər, həmçinin vətəndaşlar gözlənilmədən günəbaxan yağı qıtlığı ilə qarşılaşıblar. Piştaxtalarda günəbaxan yağının olmaması səbəbindən zeytun və raps yağları daha çox alınır. Bazar bu "yeniliyə" uyğunlaşmağa macal tapmamış bu iki bitki yağı növünün də süni çatışmazlığı əmələ gəlib.
Ekspertlər ərzaq mağazalarını bir alıcı üçün yağın satışını məhdudlaşdırmağa, istehlakçıları isə ehtiyat üçün alıb evə yığmamağa çağırıblar.