Bütün ölkələrdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilmiş VII qurultayı təbii olaraq mətbuat və ictimaiyyətin diqqət mərkəzindədir.
Vətən savaşındakı qələbədən və ölkədə aparılan islahatlar fonunda YAP-ın ali forumunun keçirilməsi islahatlar, ölkənin gələcək inkişafı baxımından da önəmli hadisədir.
Vurğulayaq ki, 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modeli uğurla həyata keçirildi. Bu baxımdan, YAP qurultayı da cəmiyyətdə milli həmrəylik baxımından öz töhfəsini verə bilər. Belə gözləntilər var idi və bu gözləntilər özünü doğrultdu. Hakim partiyanın əsas toplantısı demokratik ənənələrin inkişafına ciddi töhfə verə bilər. Belə ki, YAP qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsası qoyulmuş oldu. YAP və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı Azərbaycanın ictimai-siyasi həyatında tamamilə yeni bir doktrinanın işə düşməsinin xəbərçisi sayıla bilər. Əslində, siyasi partiyaların birləşmək istiqamətindəki addımları ölkədəki dialoq mühitinin formalaşmasına da yardımçı olacaq. Nəzərə alaq ki, 44 günlük Vətən müharibəsi zamanında da ölkənin əksər siyasi təşkilatları vahid hədəf uğrunda birlikdə mübarizə apardıqlarını nümayiş etdirdilər. Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid platforma ətrafında vahid təşkilatda birləşməsi Azərbaycanda siyasi dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.
YAP bu birləşmə nəticəsində daha da güclənəcək, 6 siyasi partiya isə real siyasi müstəviyə transfer edə biləcək. Bu partiyaların YAP-la birləşməsi hakim partiyada siyasi rəqabətin, partiyadaxili demokratiyanın güclənməsi ilə yanaşı, bütün ölkədə yeni siyasi mühit, sivil rəqabətə səbəb olacaq. Partiyaların YAP-a qoşulması cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilə bilər.
Onu da qeyd edək ki, YAP bu qurultaydan fövqəlgücə malik bir təşkilat kimi çıxır.
Ölkənin yeni siyasi sisteminin formalaşması prosesi davam edir
Siyasi partiyaların YAP-a qoşulmaq istəyi hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşməsinin göstəricisidir. YAP ölkədə milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını elan edir. Nəzərə alsaq ki, YAP iqtidarda olan siyasi təşkilatdır, onun sözügedən addımı hakimiyyətin milli həmrəylik siyasətini prioritet saydığını deməyə əsas verir. Deməli, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar davam edəcək. Bununla da, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır.
Söhbət heç də eyni təşkilatda birləşməkdən də getmir. Hakim partiya müxalifətlə də dialoqa tərəfdar olduğunu nümayiş etdirir. Əslində, YAP-ın bu addımı təşkilatın lideri, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbənin nəticəsində əldə edilmiş milli birlik formuluna real işə düşməsidir.
Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı ilə 6 siyasi partiyanın YAP-a qoşulması arasında bağlılıq mövcuddur. Siyasi partiyalar ölkə liderinin birlik çağırışına səs verirlər.
2020-ci il parlament seçkilərindən sonra Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında bildirmişdi ki, ölkədə genişmiqyaslı islahatlar dövründə
siyasi islahatlar mütləq aparılmalıdır. Dövlət başçısı vurğulamışdı ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bunun ardınca Prezident Administrasiyasının nümayəndələri, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə mütəmadi görüşlər keçirirlər. Həmin görüşlərin və danışıqların nəticəsidir ki, ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti - 50-dək partiya dövlətçilik, xalq və milli məsələlərlə bağlı bir neçə dəfə birgə bəyanatla çıxış edib, eyni mövqe nümayiş etdirib.
Diqqətçəkən məqamlardan biri də odur ki, bu gün YAP-a qoşulan 6 partiyadan 3-ü - Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş və Azərbaycan Milli Hərəkat Partiyası - sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatı ilə bağlı birgə bəyanatı imzalamış 50 partiyanın sırasında olub.
Beləliklə, ölkənin yeni siyasi sisteminin formalaşması prosesi davam edir və yaxın zaman üçün cəmiyyətin daha da demokratikləşməsi siyasi xətti həyata keçirilir. Siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətə səbəb olacaq qoşulma nümunəsi müxalifətdə olan partiyalar üçün də bir nümunədir. Məhdud resurslara malik olan partiyaların birləşməsi təqdirə layiq addım olardı. Müxalifət anlamalıdır ki, YAP qurultaydan yenilənmiş şəkildə çıxır. Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. İqtidar nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyinə qarşılıq verir. Siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edəcək.
Digər maraqlı məqam odur ki, hakim partiyaya inteqrasiya, qoşulmalar olduğu halda, illər boyu radikal müxalifət cəbhəsində ayrılmalar, parçalanmalar baş verib. Təkcə AXCP 10-dək siyasi partiyaya parçalanıb - KXCP, Azadlıq, Milli Cəbhə, Demokratik İslahatlar, Xalq Partiyası və s. yaranıb. Bu, bir daha göstərir ki, hakim partiya ölkədə müxtəlif siyasi qüvvələri birləşdirən təşkilatdır.
Onu da vurğulayaq ki, bu gün Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş çoxsaylı partiya var. Bu baxımdan, siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan təşkilatlar üçün daha əlverişli şərait yaradılmasına xidmət edə bilər.
Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını, milli həmrəylik xəttini əsas tutur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, iqtidarın xarici siyasətdəki addımları bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatdıqlarının göstəricisidir. Eyni hədəflər, eyni məqsəd uğrunda mübarizə aparan təşkilatların vahid partiyada fəaliyyət göstərməsi normal prosesdir və gələcəkdə bu kimi inteqrasiya prosesi daha da inkişaf edəcək.
Milli həmrəylik dövlət siyasətinin strateji prioritetidir
Biz tək torpağımızı da qazanmadıq. Yenilməzliyimizi, özgüvənimizi və cəsurluğumuzu təsdiqlədik. Vətən müharibəsində qazandığımız şanlı qələbə ləyaqətimizi qorudu və ən əsası, bizi gələcək nəsillərin qınağından hifz etdi. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etdi. Bu birliyin təməlini İkinci Qarabağ savaşından öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Məhz bu siyasi qələbə ilə Azərbaycan döyüş meydanına qədəm basdı və hərbi qələbə qazandı!
Hər zaman yeni düşüncə önündə gedən ölkə başçısı genişmiqyaslı islahatlara başlayarkən ilk növbədə, siyasi plüralizmin, demokratik institutlarının inkişafı üçün səy göstərmiş və hakim partiyanın sədri kimi bütün siyasi partiyaları təmsil edən deputatların altıncı çağırış Milli Məclis komitələrinin rəhbər heyətinə daxil olunmalarına dair şəxsən tövsiyyə vermişdir. Xatırladaq ki, bu gün Milli Məclisdə 11 siyasi partiya təmsil olunur: Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Birlik Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası.
Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunurlar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər.
Beləliklə, yeni parlament formalaşdıqdan dərhal sonra siyasi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər nəzərə çarpmağa başladı.
Hələ parlament seçkilərindən öncə prezident İlham Əliyev öz çıxışlarında xüsusi vurğulamışdır ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün siyasi islahatlar mütləq həyata keçirilməli və bunun üçün partiyalararası geniş dialoq aparılmalıdır.
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşləri siyasi islahatların ilk mərhələsi oldu. Konstruktiv dialoq formatında 50 dən artıq belə görüşlər keçirildi və məlum oldu ki, islahatlar ərəfəsində ləğv edilmiş ideoloji şöbənin rəhbərliyinin yaramaz fəaliyyəti nəticəsində iqtidarla bir çox partiyalar arasında gərgin inamsızlıq yaradılmışdır.
29 noyabr 2019-cu il tarixində Prezident Administrasiyasında bu şöbənin yaradılması faktı özü-özlüyündə köklü siyasi və kadr islahatlarından xəbər verir. Göz önündədir ki, Prezident islahatları administrasiyaya yeni komandanın gəlməsi ilə özünün inkişaf trendini təqdim etdi. Siyasi partiyalar və qanunvericilik üzrə şöbənin yeni rəhbəri öz islahatçı yanaşmaları və baxışları ilə vəziyyəti donmuş nöqtədən çıxartdı. İlham Əliyevin bu sözləri yeni yaradılmış strukturun əhəmiyyətini göstərir: “Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.
17 fevral 2020-ci il tarixindən 12 mart 2020-ci il tarixinədək 24 gün ərzində şöbə rəhbərliyi 42 siyasi partiya sərdi ilə görüşmüşdür. Daha sonra görüşlər intensivləşmiş və ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-si ilə şöbə müdiri görüşlər keçirmişdir. Zaman məhdudiyyəti qoyulmadan keçirilən görüşlərdə dövlətin təməl prinsipləri: suverenlik, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, milli həmrəylik, müstəqilliyin qorunması, həmçinin iqtidar-müxalifət dialoqu, korrupsiyaya qarşı mübarizə, koronavirus pandemiyası mövzusunda fikir mübadiləsi aparılmışdır. Bundan əlavə, səsləndirilən fikir və təkliflərin hər biri üzrə araşdırma və təhlil aparılmış, müvafiq addımların atılması təmin edilmişdir.
Bu fonda Azərbaycan Xalq Cəbhəsi Partiyası olduqca çaşqın və təcrid olunmuş görünür. Əli Kərimlinin şöhrətpərəst və azğın ambisiyaları ucbatından partiya Azərbaycanda çoxpartiyalı sistemin inkişafı istiqamətində başlanmış siyasi proseslərdən kənarda qaldı. Ə.Kərimlinin özünü təcrid və Prezident Administrasiyasının məsul şəxsi ilə görüşdən imtina etməsi onun tam perspektivsizliyinə dəlalət edir. Prezidentin dəqiq qeyd etdiyi kimi, “bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. Hər halda, uduzan biz olmayacağıq”.
Ümumilikdə isə ölkədə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulmuş, yeni siyasi konfiqurasiya yaradılmışdır. Bunun nəticəsi kimi, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir.
Siyasi partiyaların dövlət qeydiyyatı, fəaliyyətinin təmin edilməsi, partiya nümayəndələrinin məhkəmə işlərinin müsbət həlli, sədrlərin fəaliyyətinin təşviqi Prezidentin müstəqil demokratik dövlət manifestinin parlaq təzahürüdür.
Təsis edilmiş yeni siyasi partiyalar, eləcə də bir sıra siyasi partiyaların keçirdiyi qurultaylarının nəticələri uzun illər dövlət qeydiyyatına alınmamışdır. Şöbə 15-20 illik boşluğu yarım il ərzində doldurdu. Altı yeni siyasi partiya dövlət qeydiyyatına alındı. Bunlar Yeni Zaman Partiyası, Azad DemokratlarPartiyası, Müstəqil Xalq Partiyası, Cümhuriyyət Xalq Partiyası, ReAL Partiyası və Milli Cəbhə Partiyasıdır. Bununla yanaşı, Bakı şəhərində siyasi partiyaların Qurultaylarının
keçirilməsi üçün yerlər ayrılmışdır. Sədrlərin səlahiyyət müddəti bitmiş 11 siyasi partiyanın qurultayları keçirilmiş və nəticələri dövlət qeydiyyatına alınmışdır.
Siyasi partiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə, eləcə də onların Şöbəyə etdikləri müraciətləri nəzərə alınaraq partiyaların ofislə təmin edilməsi istiqamətində işlər aparılır.
Вütün bunlar müxalifət partiyalarına dövlətçiliyin möhkəmləndirilməsi və ümummilli məsələlərin həlli prosesində vahid siyasi qüvvə şəklində birləşmək imkanı verdi.
Öncül nailiyyətlər sırasında Azərbaycanın məhkəmə-hüquq tarixində ilk dəfə baş vermiş hadisəni xüsusi qeyd etmək lazımdır. Bu Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarın milli qanunvericilik səviyyəsində həll edilməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədov və İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində bəraət hökmü çıxarmış və onlara təzminat ödənilmişdir.
Beləliklə, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hakimiyyətin siyasi partiyalara və vətəndaş cəmiyyətinə münasibətdə atdığı addımlar islahatçılıq kursunun mütərəqqiliyini əks etdirir. Artıq Azərbaycanın bütün siyasi partiyaları ölkənin gələcəyinə münasibətdə öz mövqelərini müəyyən edə bilərlər.
İlham Əliyevin önəmli prinsiplərindən biri verdiyi sözə sadiqliyidir. 2003-cü ildə ilk dəfə Azərbaycan prezidenti seçiləndən sonra o, “dünya görəcək ki, Azərbaycanda hansı demokratik dəyişikliklər olacaq” kimi bəyanat vermişdir. Siyasi partiyaların 2020-ci ilin iyul, sentyabr, oktyabr bəyanatları milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin yüksək səviyyəsinin şahidi oldu.
15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən 43 siyasi partiya ümummilli məsələlərdə, dövlətçiliyimizin qorunmasında həmrəylik nümayiş etdirmiş, ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar.
27 sentyabr 2020-ci il tarixində dünya gördü ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanınölkə Prezidentinin, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Bununla son 32 ildə ilk dəfə olaraq yüksək siyasi həmrəylik, milli birlik, nümayiş edilmişdir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür.
Bunlar Prezidentin siyasi iradəsini, çoxpartiyalı siyasi sistemin və demokratik cəmiyyətin inkişafını əks etdirən, siyasi islahatların dərinləşməsinin əsasını təşkil edən, dövlətçiliyin təməl prinsiplərinin möhkəmlənməsini təmin edən əhəmiyyətli hadisələrdir.
Rəşadətli Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Artıq Azərbaycan yeni dövrə qədəm qoyur. Bu da xalqımızı Qələbədən geniş perspektivlərə boylanmağa sövq edir ki, zəfərimiz dayanaqlı və mükəmməl olsun. Ölkə başçısının dəmir yumruqla birləşdirilmiş milli-siyasi birlik, xalq-iqtidar həmrəyliyi gözəl rifah dövləti olan Azərbaycanı ilhamlı gələcəkdə bəxtiyar
Maştağa qəsəbəsi, 255 nömrəli məktəbin müəllimi Fatmaxanım Rüstəmli