İndiyədək Ukraynadan Azərbaycana 5000-dən çox vətəndaşımız təxliyə olunub

İndiyədək Ukraynadan Azərbaycana 5000-dən çox vətəndaşımız təxliyə olunub Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən indiyədək ümumilikdə, 5000-dən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub.

Qeyd olunub ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.

Oxşar xəbərlər