Ona “riyaziyyat dahisi” deyirdilər - Tank komandiri Şəhid Murad Nağıyev

Ona “riyaziyyat dahisi” deyirdilər - Tank komandiri Şəhid Murad Nağıyev Üstün zəkasına və riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə hərbi liseydəki müəllimləri Murad Nağıyevə “riyaziyyat dahisi” adını vermişdilər…
Fikrim uzaq keçmişə, “Artilleriyanın Allahı” adlandırılan general Əliağa Şıxlinskiyə gedir. Qazax mahalında doğulmuş, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, igid vətən oğlu…
Tarixdə yeni səhifələr açılır, yeni qəhrəmanlıq sətirləri yazılır. General Şıxlinski kimi qəhrəmanların bizə miras qoyduqları Vətəni qoruya biləcək igidlərdən biri də məhz Murad Nağıyev idi. Hər ikisi Azərbaycanın igid oğlu, hər ikisi Qazax torpağının cəsur övladı və hər ikisi Vətən üçün qəhrəmanlıq dastanı yazanlar…
Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə doğulmuş, öncə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra isə Türkiyə Cümhuriyyətində Kuleli Askeri Lisesini və Kara Harp Okulunu uğurla bitirmiş, təhsilini 2016-cı ildə Heydər Əliyev adına AAHM-də yüksək səviyyədə başa vurmuşdur.
44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən Şəhid leytenant Murad Nağıyev Horadiz kəndinin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Hadrut və Zəngilanın düşmən işğalından azad edilməsində fəal iştirak edərək düşmənin stratejiəhəmiyyətli obyektlərini, çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etmişdir. 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İkinci Fəxri xiyabanda dəfn olunan leytenant Murad Nağıyev şəhadətindən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhid Murad Nağıyev eyni zamanda vətənpərvər şeirlər müəllifi idi. Şəhidin cəbhədə olarkən yazdığı, həmin vaxt içində olduğu ikiləmi dilə gətirdiyi “Fikrim hey ondadır” şeiri məni xüsusilə duyğulandırdı. Murad Nağıyev Vətəni və sevdikləri arasındakı bu ikiləmdə sonda Vətənini seçmişdi:
Könlüm qalıb o yanlarda,
Ana Vətən səslər məni.
Bir canımı orda qoyub,
Burda torpaq səslər məni.
Ötən gün qardaşının təşəbbüsü ilə hazırlanan, Şəhidin həyat və döyüş yolundan bəhs edən, ailəsinin, dostlarının, döyüş yoldaşlarının, müəllimlərinin və Murad Nağıyevi tanımaq xoşbəxtliyinə nail olmuş digərlərinin onunla bağlı xatirələrini bölüşdüyü, Murad Nağıyevin müəllifi olduğu şeirlərin də daxil edildiyi “Murad” kitabının təqdimatı oldu.
Təqdimat dövlət himni və Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Daha sonra Murad Nağıyevin həyatını əks etdirən qısa videolentlə tanış olduq. Şəhidin qardaşı, orta məktəbdə və AAHM-də ona dərs demiş müəllimləri və döyüş yoldaşları söz alaraq xatirələrini bölüşdülər, kitabın redaktoru, ədəbiyyat xadimləri və millət vəkilləri duyğularını paylaşdılar. Şəhidin “Fikrim hey ondadır” şeirinə bəstələnən musiqi səsləndirildikdən sonra Murad Nağıyevin təhsil aldığı məktəbin şagirdləri duyğu seli içərisində onun şeirlərini söylədilər.
Vətənə, torpağa və torpağın üzərindəki dəyərlərə könül verib, sevda bəsləyənlərdir qəhrəmanlıq dastanı yazanlar, canları ilə şəhadət şərbətini içib, əbədiyyət işığı yandıranlar. Deyirlər ki, məhz bunun kimi insanlar, məhz Murad Nağıyev kimi qəhrəmanlar şəhid olmaq üçün doğulmadan seçilirlər. Qəhrəmanlıq, şərəfli ömür və milyonların qəlbində əbədiyyət qazanmaq hər kəsin nəsibi olmaz. Bu, xüsusi seçilmişlərin, şəhidlik məqamına layiq olanların adıdır ancaq. Adın kimi muradın mübarək, ruhun şad olsun, Murad!

Oxşar xəbərlər