Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən dünyada sülhün qorunmasına, sivilizasiyalararası dialoqa töhfələri xüsusi qeyd olunmalıdır. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və İCESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər reallaşdırılmışdır. Qeyd etdiyimiz kimi, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yerlərdən birini tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti ilə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yeni hədəflərə doğru inamla irəliləməsinə töhfələrini də qeyd etməliyik. Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyası bu il martın 5-də VII qurultayını keçirdi. Qurultay yeni qərarlarla, struktur dəyişikliklərlə, yeni tərkibin formalaşması ilə tarixə yazıldı.
Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın amalı, fədakarlığı, ictimai- siyasi mövqeyi hər kəs üçün nümunədir, örnəkdir. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim inamla addımlayır və məsuliyyətin uğurların davamlılığında əsas rol oynadığını təsdiqləyir.
Artıq iki ildən çoxdur ki, dünya, o cümlədən ölkəmiz COVID-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuşdur.
Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirildi. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edildi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqa bütün müraciətlərində COVID-19 kimi qorxulu hekayənin başa çatacağına inam ifadə edilməklə yanaşı, buna əsas verən əminlik də diqqətə çatdırılırdı: «Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!
Sabunçu qəsəbəsi, 68 №-li tam orta məktəbin direktor müavini
Asiman Paşayev