
İRİB xəbər verir ki, təyyarə Təbrizin Münəccim prospektindəki Şəhid Əlipur adına idman stadionuna düşüb.
İranlı general Rza Yusefinin dediyinə görə, böyük insan təlafatı olmaması üçün 2 pilot təyyarəni yaşayış yerindən uzaqlaşdıraraq stadiona düşüblər. Pilotlar özlərini katapult edə bilmədiyindən hər ikisi də dünyasını dəyişib.