Almaniyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.
Məlumata əsasən, Anhalt-Bitterfeld bölgəsində (Saksoniya-Anhalt federal torpağı) baş verən hadisə nəticəsində üç nəfər ölüb. Ölənlər arasında pilotla yanaşı 14 və 17 yaşlarında olan iki yeniyetmə olub. Digər yaralı sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri hələ ki məlum deyil.