Təməli 2020-ci ildə ölkə başçısı tərəfindən qoyulan “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması prosesinə mühüm töhfədir və layihənin icrasını ancaq Azərbaycan şirkətləri və mütəxəssisləri həyata keçiriblər. Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.
Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır. Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağını işə saldı. Təbii ki, irihəcmli enerji obyektlərinin inşası zaman tələb edən məsələdir, ancaq ən qısa mümkün vaxt kəsiyində belə enerji obyektlərinin inşa edilməsi ölkəmizin iqtisadi gücünün göstəricisi hesab edilir. Daxili imkanlar hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi Azərbaycanın maliyyə və texniki imkanlarından xəbər verir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində ötən il ölkəmizdə 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və onun 1,6 milyard kilovat/saatı ixrac olunmuşdur. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkələrdən biridir. Həmçinin bir neçə gün öncə gücü 750 meqavat olan Yaşma yarımstansiyanın istifadəyə verilməsi Azərbaycanda enerji sahəsində böyük işlərin görülməsindən xəbər verir. Müasir enerji obyektlərinin istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. “Qobu” Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdıraq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək, Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürərək 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər baxımından olduqca əhəmiyyətlidir. Yarımstansiyanın ərazisində müasir mikroprosessor tipli rəqəmsal idarəetmə və mühafizə panelləri ilə təchiz olunmuş yeni nəsil avadanlıqdan ibarət idarəetmə binası tikilib. Yarımstansiyada məsafədən idarə olunan mikro-SCADA dispetçer idarəetmə sistemi, əks-qəza avtomatikası sistemi qurulub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq istismara verilən yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçiriləcək. İdarəetmə mərkəzi ilə yanaşı, mühəndis yataqxana korpusu inşa edilib, işçi heyət üçün xidməti otaqlar, fasiləsiz əmək fəaliyyətini
təmin edən şərait yaradılıb. Yarımstansiyanın ərazisində abadlıq işləri görülüb və eləcə də daxili yollar çəkilib. Qeyd edək ki, ən müasir üslubda inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasında isə 4 maşın zalı tikilmişdir və ümumilikdə 21 aqreqat quraşdırılmışdır. Bu aqreqatların hər birinin gücü 18,3 meqavatdır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımstansiya ilə əlaqələndirilib. Biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik. Həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına doğru sövq edəcək. Bizim enerji gücümüzə xaricdə tələbat artmaqdadır. Bizim əsasən 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İran. Ölkəmizdə müasir texnika və texnologiyalardan istifadə etməklə alternativ enerjinin əldə olunmasına da böyük diqqət ayrılmaqdadır. Belə ki, “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulub, həmçinin “Şükürbəyli” yarımstansiyası genişləndirilərək yenidən istifadəyə verilib. Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünür. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
tarix müəllimi Leyla Müslümova