Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit, fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud insanlar əlilliyi olan şəxslərdir.
Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması, belə vətəndaşların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Prezidentimiz əlilliyi olan Azərbaycan vətəndaşlarının cəmiyyətimizdə fəal rol oynamasını dəfələrlə vurğulamışdır. “Əlilliyi olan şəxslər daim cəmiyyət arasında olarlarsa,özlərinə olan inamları daha da artar və rahat olarlar”.
Hal-hazırda ölkəmizdə olan əlil şəxslər Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası və ya aylıq sosial müavinət alırlar. Bu sağlamlıq imkanları məhdud olan uşaqlara da şamil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlarının tərkib hissəsi kimi əlilliyi olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinət,müharibə əlilləri, onlara bərabər tutulanlar, l dərəcə əlilliyi olanlar üçün təqaüdün məbləği artırılmışdır.
Eyni zamanda şəhid ailələri ilə yanaşı,ərazi bütövlüyümüzün,müstəqilliyimizin müdafiəsi uğrunda əlilliyi olan şəxslər İlham Əliyevin imzaladığı fərmana görə mənzil və minik avtomobilləri ilə də təmin olunmuşlar.
H.Əliyev Fondunun əlilliyi olan şəxslərin reabilitasiyasında mühüm rolu vardır. Belə ki, Fondun dəstəyi ilə Bakının bir çox rayonlarında Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiyası Müəssisəsi yaradılmışdır.Bu mərkəzlərdə sağlamlıq imkanları məhdud uşaqlara, əlillərə bərpa xidmətləri göstərilir. Bərpa mərkəzləri müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.
Bərpa mərkəzlərinin sayı Bakı şəhərində getdikcə artmaqdadır.Bu da həmin mərkəzlərdə bərpa xidmətinə ehtiyacı olan əlillərin sayının artması ilə əlaqədardır.
Dövlət başçımız Azərbaycanın müxtəlif bölgələrində yaşayan və müalicə üçün Bakıya gəlmək imkanı olmayam şəxsləri də diqqətdən kənar qoymamışdır. Həmin şəxslər üçün rayon və şəhərlərdə səyyar xidmətlər təşkil edilmişdir.
Heydər Əliyev Fondu əlilliyi olan şəxslərə qayğının artırılması üçün bir sıra aksiyalar, layihələr həyata keçirir ki,bu da əlillərin cəmiyyətə inteqrasiya etməsinə,cəmiyyətdə tanıdılmasına şərait yaradır. Əliliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılması üçün sərgi və müsabiqələr keçirilir.
Prezidentimiz İlham Əliyevin imzaladığı yeni fərmanlar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti uğurlu addımdır.Beləki,əlilliyi olan şəxslərə verilən müavinətlərin I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur.
Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən l dərəcə üzrə-150manatdan -220manata,ll dərəcə üzrə 130 manatdan-180 manata və lll dərəcə üzrə 110 manatdan-120manata çatdırılacaqdır.
Azərbaycan Respublikasının Dövlət Başçısının əlilliyi olan şəxslər üçün yaratdığı şərait,imtiyazların olması, onların cəmiyyət arasında rahatlığı üçün düşünülmüş islahatlar təqdirəlayiqdir.
Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi Ülkər Mirəliyeva