Son bir neçə ayda türk lirəsi dollar qarşısında sürətlə ucuzlaşmaqda davam edir. Buna Türkiyə Mərkəzi Bankının uçot faiz dərəcəsində ardıcıl azalmaya getməsi qərarlarının da xüsusi təsiri var.
Eləcə də, dünən Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini daha 1% azaldaraq 15%-ə endirməsi qərarı lirənin daha da dəyər itirməsinə yol açdı. Faiz endirimindən sonra dollar 10,45 lirədən 11,30 lirəyə qalxaraq rekordunu yeniləyib.
Bəs lirəni sürətlə ucuzlaşdıran bu qərarların hansı məqsədi var və Türkiyə iqtisadiyyatını nə gözləyir?
İqtisadçı ekspert Elman Sadıqov məsələ ilə bağlı açıqlamasında bildirdi ki, Türkiyə ucuz lirə siyasətini sürətləndirmək və bununla da həm ixracın artımına, həm də ucuz kreditlərlə iqtisadiyyatın sürətli bərpasına çalışırlar:
"Burada bir neçə vacib məqam var. Lirənin dəyər itirməsi sürəti ixracın artım və iqtisadiyyatın bərpa sürətini üstələyir. Türkiyəyə valyuta gətirən önəmli sahələrdən olan turizm üçün hazırda mövsüm deyil. Yəni turizm ucuz lirədən maksimum faydalana bilmir. Pandemiya da davam edir".
Ekspertin sözlərinə görə, faiz dərəcəsi faktiki olaraq illik inflyasiya dərəcəsinin altındadır ki, bu da qəbul olunmayan amillərdəndir: "Sözün həqiqi mənasında türk lirəsi, ixrac və türk iqtisadiyyatı həm öz aralarında, həm də zamanla yarışa girib. Bu qədər sürət isə təhlükəli ola bilər".
"Ucuz lirə siyasətini daha səbirlə və nəticələrini izləməklə aparmaq zənnimcə daha uyğun olardı. Çünki monetar siyasət həqiqətən incə sahədir. Nəzarətdən çıxması iqtisadiyyatın öz-özünü tənzimləməsinə imkan vermədən böhrana sürükləyər", - deyə E. Sadıqov əlavə edib.