Avropada dördüncü COVID dalğasının antirekordları

Avropada dördüncü COVID dalğasının antirekordları Son 24 saatda Niderlandda koronavirusa yoluxma üzrə yeni antirekord qeydə alınıb.
"Krallığın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkə üzrə 23 680 yeni yoluxma halı aşkarlanıb.

Bu göstəricinin pandemiyanın başlanmasından bəri ən yüksək sutkalıq yoluxma sayı olduğu bildirilib.

Həmçinin, ötən sutka ərzində 34 nəfərin COVID-in qurbanı olduğu qeyd edilib.

Xatırladaq ki, bugün Almaniyada da yoluxma sayında antirekord müşahidə olunub.

Oxşar xəbərlər