Azərbaycanda adambaşına düşən gəlir 4200 manatı ötüb

Azərbaycanda adambaşına düşən gəlir 4200 manatı ötüb 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 42 251,7 mln manat olub.

Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4 219,3 manat olub ki, bu da illik müqayisədə 1,5% çoxdur. Cari ilin yanvar-avqust aylarında isə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 3 712,3 manat olub.

Oxşar xəbərlər