Ərdoğandan dünyaya mesaj: “İslam düşmənçiliyi virusdan daha sürələtlə yayılmaqdadır”

Ərdoğandan dünyaya mesaj: “İslam düşmənçiliyi virusdan daha sürələtlə yayılmaqdadır” “İslam düşmənçiliyi virusdan daha sürələtlə yayılmaqdadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla Nyu-Yorkda Türk-Amerika Milli Rəhbər Komitəsinin təşkil etdiyi “Daha ədalətli bir dünya mümkündürmü” konfransında çıxış edib.

Haber7” xəbər verir ki, konfransda çıxış edən Ərdoğan dünyaya mesaj verərək son dövrlərdə artan İslam düşmənçiliyinə diqqət çəkib: “İslam düşmənçiliyi virusu daha sürətli bir şəkildə yayılmaqdadır. Bir çox ölkədə müsəlmanlar dinlərinə, dilinə və geyimlərinə görə kənarda qalırlar. Müxtəlif cəmiyyətlərdə İslam düşmənçiliyinin kök saldığını görüməkdəyik. Türkiyə olaraq, beynəlxalq platformalarda islamofobiya və dözümsüzlüklə mübarizə aparırıq”.

Oxşar xəbərlər