Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət edib.
Ziyarətdə generallar da iştirak edib. Onlar abidə önünə əklil qoyublar.
Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Xatırladaq ki, Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasından 103 il ötür.
103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyldu.
Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.
Bu şərəfli və tarixi gün heç zaman azərbaycanlıların xatirindən çıxmayacaq, bu qəhrəmanlıq və qardaşlıq dastanı Azərbaycan xalqı nəsillərdən-nəsillərə ötürəcək.
Qəhrəmanlıq dastanının məntiqi davamı 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi idi. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi. Azərbaycana isə Türkiyə siyasi və mənəvi dəstək verdi.
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdilər.
Bu gün əminliklə deyə bilərik ki, istər 1918-ci ildə, istər Birinci Qarabağ Müharibəsində, istərsə də ondan sonra şəhid olanların hamısının intiqamı alınıb.