Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin...
Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır.
İlham Əliyev
Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır.
İlham Əliyev
“Azərsu” Açıq Səhimdar Cəmiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib
“Azərsu” Açıq Səhimdar Cəmiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib, iclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni İctimai Şuraya sədr, “Ekoloji Maarifçilik və Monitorinq” İB sədri Qəmzə Yusubova, Əlil Sahibkarlar Təşkilatı İB sədri Mirzə Məmmədvəliyev və “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB-nin sədri Tələt Qəribov müavinlər, “Beynəlxalq Hidroloji Proqram” İB-nin üzvü Aytən İmanova isə katib seçilib.
Seçkilərdən sonra İctimai Şuranın üzvləri ilə görüşən “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov sədr, müavin və katib seçilənləri təbrik edib, Şuranın işinə uğurlar arzulayıb. Şuranın “Azərsu” ASC ilə ictimaiyyət və vətəndaşlar arasında körpü rolunu oynayacağını deyən Köçərli Həsənov bildirib ki, su mənbələrinə, su təchizatı müəssisələrinə, laboratoriyalara səfərlər təşkil olunacaq, müştəri məmnunluğunun təmin olunması, şikayət və müraciətlərin həlli üçün birlikdə fəaliyyət göstəriləcək. Eyni zamanda İctimai Şuradan daxil olacaq təkliflər araşdırılaraq aidiyyatı üzrə qərarlar qəbul olunacaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədovdur.
“Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Etibar Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Etibar Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Etibar Məmmədovdan danışdılar yaxşı ki, Etibar Məmmədov “Azərsu” ASC sədrinin müavinidir… Etibar Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….
Etibar Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Etibar Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.
Etibar Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Etibar Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Etibar Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Etibar Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Etibar Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Etibar Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Azərsu” ASC sədrinin müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Etibar Məmmədov özünü doğruldub. Bizdə hörmətli Etibar Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.