ANAMA-nın əməkdaşı minaya düşdü

ANAMA-nın əməkdaşı minaya düşdü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.
APA xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.

Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər