Peyvəndin cəmiyyətdəki effektivliyinin məntiqi nəticəsi olaraq 6-7 aydan bir peyvəndlənmə prosesinin təkrarlanmasını müşahidə edəcəyik.
Bunu "İşgüzar səhər" proqramında həkim Vasif İsmayıl deyib.
O bildirib ki, tibbi cəhətdən koronavirus peyvəndi hər altı aydan bir təkrarlanmalıdır:
"Aparılan araşdırmalar göstərdi ki, peyvəndlənəndən və ya virusa yoluxub sağalandan sonra qandakı anticismlər 6 ay ərzində qoruma sərhədindən aşağıya doğru gedir. Ona görə də III və IV doza peyvəndlənmə olacaq. Bu günə qədər bu məsələnin çox danışılmamasının səbəbi peyvəndin təsirinin yoxlanılması ilə bağlıdır".