Avro-2020-nin yarımfinal və final matçlarının keçiriləcəyi Londondakı "Uembli" stadionuna azarkeşlərin buraxılması ilə bağlı yeni qərar verilib.
"Bu barədə UEFA məlumat yayıb. Stadionun 75 faizinə azarkeş buraxılması ilə bağlı İngiltərə höküməti ilə razlığa gəlindiyi bildirilib. Əvvəl isə bu rəqəm 22 faiz idi.
Yeni qərara əsasən, "Uembli"də yarımfinal və final matçlarına 60 mindən çox azarkeş buraxılacaq. Arenaya daxil olacaq azarkeşlər İngiltərədəki yeni tip koronavirus protokollarına uyğun yoxlanılacaq. Stadiona girmək istəyən azarkeşlərin koronavirus testi mənfi olmalı və onlar peyvənd olunmaları ilə bağlı sənəd təqdim etməlidir.
Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyul, final matçı isə 11 iyulda olacaq.