Meyvə və tərəvəzi yumadan istifadə etmək olmaz. Alıcıların xüsusən qarpız alarkən dadını yoxlamaq üçün onu bazarda kəsib yoxlamaları yanlışdır. Çünki qarpızı kəsən kimi tamlığı pozulur və mikroblar məhsulun içinə keçir. Bu səbəbdən, meyvə-tərəvəzlər və giləmeyvələr mütləq çox yuyulmalı, mikroblardan təmizlənməlidir. Xüsusilə torpağa yaxın məsafədə yetişən məhsulların üzərində xeyli miqdarda mikrob olur. Misal üçün, qarpız, yemiş, çiyələk və göyərtiləri bu siyahıya daxil etmək olar.
"Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev məlumat verib.
Həkim-toksikoloq bildirib ki, yay aylarında qidalanma zamanı məhsulların təmiz və təzə olduğuna xüsusi diqqət yetirmək lazımdır: "Xüsusilə soyuqda saxlanılması lazım olan məhsullarla qidalanarkən ehtiyatı əldən vermək olmaz. Misal üçün, yay aylarında balıq və balıq məhsullarını soyuducudan kənarda 2 saatdan çox saxlamamalıyıq.
Daha sonra, kafe və restoranlarda salat yeyərkən ehtiyatlı olmaq lazımdır. Xüsusilə mayonezli salatlar köhnələrsə, çox risklidir. Həmçinin ağartı məhsulları: süd, qatıq, ayran və s. diqqətlə qəbul etməliyik. Çalışmaq lazımdır ki, yay mövsümündə yağlı və şəkərli qidalardan az istifadə olunsun. Çünki karbohidrogenlə zəngin qidalar qəbul etdikdə qan qatılaşır. Ümumiyyətlə qanın qatılaşması yayda daha çox baş verir ki, bu da, ürək-damar xəstələri üçün təhlükəlidir. Beləliklə, yay ərzində qida zəhərlənmələrinin çoxu ət məhsulları, bayat salatlar, o cümlədən təmiz yuyulmamış meyvə-tərəvəzlərdən baş verir".
İ.Əfəndiyev vurğulayıb ki, məhsulu mövsümündə alıb yemək faydalıdır: "Hazırda satılan qarpız və yemişlər istixana şəraitində yetişdiriliblər. Belə olan halda, məhsullarda gübrənin miqdarı normadan çox olarsa, bu, həssas şəxslərdə - mədəaltı vəzi, öd kisəsi xəstəliyi olanlarda problemlər yaradar. İsti aylarda çox maye qəbul etmək qidalanmanın əsas şərtidir. Hər saatda ən azı bir neçə qurtum təmiz su qəbulu bədəndə su və duz balansını qorumaq üçün vacibdir".
Həkim-toksikoloqun məsləhətinə görə, qida zəhərlənməsi baş verdikdə aktivləşdirilmiş kömürdən istifadə etmək lazımdır: "Lakin zəhərlənən şəxs daha sonra mütləq həkimə müraciət edib müalicə almalıdır. Çünki zəhərlənmə bir sıra hallarda, xüsusən azyaşlılarda ağır nəticələnə bilər".